"Şərq Bazarı"nda işləyən şirkətlər etiraz etdi - 11 AYDIR PULLARI ÖDƏNİLMİR

"Şərq Bazarı"nın yenidən qurulmasında əsas şirkətlərdən olan "6-cı Mərtəbə" şirkətinin subpodratçıların pulunu ödəmədiyi iddia olunur.
FED.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə bazarın bərpasında iştirak etmiş subpodratçı şirkətlər - "MV Group" MMC, "MECC" MMC və "İdea Yapı" MMC tərəfindən keçirilən mətbuat konfransında bildirilib.
Qeyd edilib ki, "6-cı Mərtəbə" şirkətinin rəhbəri Yunis Nəbiyev və şirkətin sahibi Atəş Təhməzov bazarın açılışından 11 ay keçməsinə baxmayaraq, müqavilə öhdəliklərini yerinə yetirmir.
"MV Group"un layihə rəhbəri Fatih Turan konfransda bildirib ki, qarşı tərəflə 30 dəfə görüşsələr də, ortaq məxrəcə gələ bilməyiblər: "Layihədə ciddi gecikmələr oldu. Metal konstruksiya işlərini görən digər şirkət və "6-cı Mərtəbə" şirkətindən qaynaqlanan problemə görə 9 ay sürüşmə yarandı. Nəticədə biz də ödənişlərimiz ala bilmədik. Müqavilə müddətinin bitməsindən 2 ay keçəndən sonra hələ avans məbləğini bizə vermişdilər. 9 ay müddətində doğru-düzgün iş görülmədiyi halda hər kəs bu şirkət tərəfindən məcburi iş yerində gözlədilirdi. Kadrlara görə əlavə pul alırdı deyə bizim işçiləri də öz kadrı kimi göstərirdi. 
Bir müddət 24 saatlıq iş rejimində çalışdıq. 7 ay ərzində görülməli olan işi 3 aya gördük. Təsəvvür edin ki, eyni vaxtda görülməsi mümkün olmayan işlər bərabər aparılırdı. Məsələn, dam örtüyü vurulmamış yerdə malyar, mexaniki-elektrik işləri görülürdü. Yağış yağırdı və yenidən biz eyni işləri görürdük. "6-cı Mərtəbə" şirkətinin rəhbəri Atəş Təhməzli isə bunların qarşılığının olacağını deyirdi. Sifarişçidən tələb edəcəyini bildirirdi. Sifarişçi nəzərə alıb onlara pul ödəsə də, bizə heç nə çatmadı.
Borclarımızı ödəmək üçün güzəştə də getdik. Bütün bunlara baxmayaraq, tələblərimiz qəbul edilmədi. Problem bizdə olmadığı halda günahkar çıxarmaq istəyirlər. Haqqımızı tələb edirik. Məhkəməyə də gedəcəyik. Hazırda bizə 760 min manat borcları var".
"MECC" MMC-nin direktor köməkçisi Salman Salmanzadə isə bildirib ki, "Şərq Bazarı" layihəsi üçün aldıqları inşaat mallarına görə bazarda böyük məbləğdə borcları yaranıb:
"Birinci müqavilə üzrə 138 min 891 manat, əlavə görülmüş işlər görə isə 43 min 533 manat borcu var. Həmçinin, işin yubadılmasına görə şirkətimizə 215 min 727 manat, işin yubadıldığı 8 ay ərzində bazarda yaranan qiymət artımı nəticəsində isə şirkətimizə 190 min manat zərər dəyib. İkinci müqavilə üzrə görülmüş işlərə görə "6-cı Mərtəbə" Müstəqil Şirkətinin "MECC" MMC-yə 642 min 709 manat borcu var. Ödənişlər zamanında edilmədiyi üçün bankdan kredit götürüb layihə üzrə öhdəliyimizə əsasən işimizi davam etdirdik. Şirkət bizə olan borcu ödəmədiyi üçün bizim banklara olan borcumuzun kredit faizi 50 min manatdan çox artdı. İki müqavilə üzrə yekun borc 1 milyon 429 min manatdır".
"İdea Yapı" MMC-nin direktor köməkçisi Hüseyn Dəmircan isə bildirib ki, "6-cı Mərtəbə" şirkətilə təmsilçisi olduğu şirkət arasında 2020-ci ildə məhəccər, qapı, pəncərə, vitraj və dam örtükləri üçün  2 milyon 702 min 689 manat dəyərində müqavilə bağlanıb: "10 ay ərzində avans ödəmələri edilməyib. Borc hazırda 3 milyon 189 min 173 manatdır. İnşaat sahəsində işlərin görülməsi gecikdirilib Gecikmə nəticəsində malların qiymətləri artıb, layihənin yenidən işlənməsi ilə əlaqədar gözlənilən  zamanda işçilərin əmək haqqı və yemək xərcləri, gücləndirilmiş iş şərtlərinə görə işçilərin xərcləri qarşılanmır. Gecikmələrə görə ödənişləri ödəməkdən imtina edirlər. "6-cı Mərtəbə" şirkəti müqavilə şərtlərini vaxtında yerinə yetirmədiyi üçün "İdeya Yapı" MMC-yə 1 milyon 278 min 929 manat zərər dəyib".
Şikayətçilər onlara dəymiş zərərin ödənilməsi üçün müvafiq qurumlara müraciət etdiklərini, məhkəmədə iddia qaldıracaqlarını bildiriblər: "Dəfələrlə Atəş Təhməzovla görüşüb borcun və bizə dəymiş zərərin qaytarılmasını tələb etmişik. Bazar 11 ay öncə təhvil verilsə də, bizə hələ də ödəniş edilməyib. Hüquqlarımızın bərpası üçün öncə Mediasiya Şurasına müraciət etdik. Qarşı tərəf bu təşkilatın sorğularına cavab vermədi, görüşə gəlmədi. Mediasiya Şurası da bizə məhkəməyə müraciət etmək hüququmuzu xatırlatdı. Biz də müraciət edəcəyik və problemi mütəmadi olaraq mediada ictimailəşdirəcəyik", - deyə rəhbərlər qeyd edib.

Biznes     Tarix: 14 aprel 2023

Oxşar xəbərlər

"Zaqatala-Fındıq" ATSC yenidən təşkil ediləcək - YIĞINCAQ

"Zaqatala-Fındıq" ATSC-nin (VÖEN: 5100187171) səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. Azərbaycanda xarici kapitallı şirkət – LƏĞV EDİLİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yığıncağı

Özbəkistanda Azərbaycan kapitallı 470-dən çox şirkət fəaliyyət göstərir

Özbəkistanda Azərbaycan kapitallı 473 şirkət qeydiyyata alınıb. xəbər verir ki, bu barədə Özbəkistanın Milli Statistika Komitəsi bildirir. Məlumata görə, bu il iyulun 1-nə Özbəkistanda xarici investisiyalı 20 502 müəssis

Dünyanın 500 ən varlı adamı bir gündə sərvətinə 336 milyard dollar əlavə edib

Bloomberg Milyarderlər İndeksinə görə, Nyu-York birjasının bağlanışında dünyanın ən varlı 500 insanı sərvətinə 336 milyard dollar əlavə edib. Mask tarixdə ilk trilyonçu oldu - YENİ RƏQƏMLƏR. xəbər verir ki, 15 iyunda qeyd

NEQSOL Holding Özbəkistanda kritik mineralların işlənilməsinə dair saziş imzalayıb

NEQSOL Holding Özbəkistan Respublikasının Dağ-Mədən Sənayesi və Geologiya Nazirliyi ilə Özbəkistanda titan kimi strateji xammal növləri də daxil olmaqla kritik mineralların birgə işlənilməsinə dair əməkdaşlıq sazişi imzalayıb

Orxan Məmmədov: "KOB-ların üçün inkişafı üçün maliyyə ekosistemi qurulmalıdır"

Azərbaycanda kiçik və orta biznesin (KOB) inkişafı üçün maliyyə ekosistemi qurulmalıdır. xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxa

Trendyol və PAŞA Holding Uşaqların Beynəlxalq Müdafiəsi Gününü region məktəbliləri ilə qeyd edib

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri Trendyol şirkəti PAŞA Holding ilə birlikdə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününü bir qrup Şabran məktəblilər

Agentlik: Sahibkarların 99,7 %-i KOB subyektləridir

Azərbaycanda sahibkarlıq subyektlərinin 99,7 %-ni mikro, kiçik və orta biznes (KOB) subyektləri təşkil edir. xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA

Dövlət Xidmətində "Gold Gənclik" və "Şərq Bazarı"ndakı qızıl satanlarla görüş keçirilib

Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində "Gold Gənclik" və "Şərq Bazarı" ticarət mərkəzlərində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Laçı

Azərbaycanda ən çox lisenziya verilən fəaliyyət sahələri açıqlandı

İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara 2026-cı ilin yanvar-iyul ayları ərzində 1191 lisenziya,  ümumilikdə isə 20 220 lisenziya verilib. İçərişəhərdəki məşhur restoranların sahibindən narazılıq - Müqavilələri uzadılmır


iqtisadi xeberler pul qazanmaq en son xeberler biznes qurmaq biznes ideyalari