Şəxsi brend yaratmaq və özünü düzgün təqdim etmək istəyənlər üçün yeni kitab - MÜSAHİBƏ

Şəxsi brend yaratmaq və özünü düzgün təqdim etmək istəyənlər üçün yeni kitab - MÜSAHİBƏBu günlərdə PR və strateji kommunikasiyalar üzrə ekspert, "INPRESS PR Solutions" şirkətinin yaradıcısı və Baş direktoru Anar Əsgərovun "Varsansa, niyə yoxsan" adlı kitabı işıq üzü görülüb. O, ilk kitabı ətrafında Marja.az-ın suallarını cavablandırıb.
- "Varsansa, niyə yoxsan?" Kitabınızın adı çox maraqlıdır... Bəs bu adı seçməyinizin xüsusi bir səbəbi varmı?
- Müasir dövrdə təkcə real həyatda mövcud olmaq kifayət etmir. Rəqəmsal mühit artıq bizim həyatımızın ayrılmaz hissəsinə çevrilib. Əgər bir insan real həyatda varsa, rəqəmsal dünyada niyə görünməsin? Burada söhbət yalnız sosial mediada var olmaqdan getmir, rəqəmsal mühitdə şəxsi brendin qurulması, idarə olunması və ən əsası, reputasiyanın necə qorunması məsələləri böyük əhəmiyyət daşıyır. Kitabda bu prosesin incəliklərinə toxunmuşam. Kitabın adı da, məhz bu məqamdan ilhamlanıb. Yəni real həyatda varsansa, paralel dünya sayılan rəqəmsal mühitdə niyə olmayasan?! 
- Kitabda şəxsi brendləşmə və reputasiya mövzularını əhatə edirsiniz. Sizi bu mövzularda yazmağa ilhamlandıran nə olub?
- Etiraf etməliyəm ki, bu kitabı yazmaq üçün əsas ilham mənbəyim şəxsi təcrübəm olub. Karyeramın müxtəlif mərhələlərində böyük tədbirlərdən və aktiv biznes görüşlərindən qaçaraq, pərdə arxasında işləməyə üstünlük vermişəm. İntrovert xarakterə sahib olduğumdan, işimə fokuslanmağı daha üstün tutmuşam. Onu da qeyd edim ki, əvvəllər bunun düzgün yanaşma olduğunu düşünürdüm. Çünki mənə elə gəlirdi ki, harada olmağından asılı olmayaraq, işini düzgün görmək kifayət edir və səni mütləq görəcəklər. Ancaq bir müddət sonra anladım ki, özümü bu qədər gizlətməyim karyeramın inkişafına ciddi maneələr yaradır.  
Bu vəziyyət məni öz brendimi formalaşdırmaq və onu düzgün idarə etmək barədə daha çox düşünməyə vadar etdi. Bir şəxs olaraq, həm real həyatda, həm də rəqəmsal dünyada doğru şəkildə var olmağın nə qədər vacib olduğunu anladım. PR və media sahəsində təcrübəm bu prosesi daha yaxşı başa düşməyimə kömək etdi. Digər insanlara şəxsi brend yaratmaq və onu effektiv şəkildə idarə etmək mövzusunda məsləhətlər verməyə başladım. 10 ildən çox müddətdə əldə etdiyim təcrübələrə əsaslanaraq, şəxsi brendləşmə və reputasiya idarəçiliyi haqqında bu kitabı yazmaq qərarına gəldim.
- Oxucularınız üçün kitabda ən vacib mesaj nədir?
- Müasir dünyada şəxsi brend yaratmaq və onu idarə etmək həyatın və karyeranın ayrılmaz hissəsidir. Kitabımda vermək istədiyim ən vacib mesaj da budur. Əsas ideya odur ki, yalnız işimizi yaxşı görmək kifayət deyil. İnsanlar bizi görməli, tanımalı və bizə məxsus dəyərləri başqalarından fərqləndirə bilməlidir. Həm real həyatda, həm də rəqəmsal mühitdə mövcud olmaq, düzgün təqdim olunmaq və axtarılarkən tapılmaq hər kəs üçün vacibdir. Kitabda bu məqsədlərə çatmağın yolları ətraflı şəkildə izah olunur.
Şəxsi brend yaratmaq və özünü düzgün təqdim etmək istəyənlər üçün yeni kitab - MÜSAHİBƏ- Bu kitab kimlər üçündür? Əsasən hansı auditoriyaya xitab etmisiniz?
- Kitabı şəxsi brend yaratmaq və özünü düzgün təqdim etmək istəyən insanlar üçün yazmışam. Kitab, xüsusilə sahibkarlar, kiçik və orta biznes sahibləri, peşəkarlar, karyeralarında yüksəlmək istəyənlər üçün nəzərdə tutulub. Auditoriyam, öz dəyərini başqalarına düzgün çatdırmaq, həm real həyatda, həm də rəqəmsal mühitdə uğur qazanmaq istəyən şəxslərdir.
Bu  kitabda  rəqəmsal  dövr  və  süni  intellektin şəxsi brendinq prosesinə dərin təsirindən bəhs olunur. Eyni zamanda, təkcə bir seçim kimi deyil, həm də müasir həyatın vacib bir elementi kimi, güclü  onlayn mövcudluğun qurulması zərurəti dərindən araşdırılır.
Kitabın müxtəlif fəsillərində müasir rəqəmsal və rəqabətli dünyada şəxsi brendin qurulması, idarə olunması və qorunması yollarını çatdırmaqla yanaşı, uğurlu reputasiyanın insanın özünə, şəxsi həyatına və biznesinə təsirləri kimi şəxsi inkişafa aparan addımlar müzakirə olunur.
- Azərbaycanda şəxsi brendləşmənin inkişafı və insanlar üçün əhəmiyyəti barədə nə düşünürsünüz?
- Azərbaycanda tarix boyu güclü şəxsi brendlər yaradan bir çox nüfuzlu şəxsiyyətlər olub. Bugünlərdə həyatına həsr edilmiş filmin təqdimatı keçirilən Hacı Zeynalabdin Tağıyev kimi iş adamları, bəstəkarlıq məktəbinin qurucusu Üzeyir Hacıbəyov kimi dahi sənətkarlar öz dövrlərində möhkəm şəxsi reputasiya yaratmışlar. Onların dəyərləri, gördükləri işlər bu gün də xatırlanır və müzakirə olunur. Şəxsi brend yaratmaq və dövrün tələblərinə uyğun olmaq hər zaman mühüm əhəmiyyət kəsb edib.
Ölkəmizdə şəxsi brendləşmə mövzusunun əhəmiyyəti getdikcə daha çox dərk edilir və müsbət istiqamətdə inkişaf edir. Cəmiyyətimizdə daima təvazökarlığı, kütlədən az fərqlənməyi vurğulayan adət-ənənələrin və tərbiyənin güclü təsirinə baxmayaraq, insanlar artıq həm yerli, həm də beynəlxalq arenada özlərini tanıtmağın və fərqləndirməyin vacibliyini başa düşürlər. İnsanlar, xüsusilə beynəlxalq tendensiyalar və rəqəmsal dünyanın təsiri altında şəxsi brendin önəmini daha yaxşı anlayırlar.
- Sizcə, Marja.az oxucuları kitabınızı niyə oxumalıdır?
- İnsanlar müxtəlif səbəblərdən şəxsi brendlərini inkişaf etdirmək qərarına gəlirlər. Bəziləri öz sahələrində fərqlənmək, karyeralarında irəliləmək və ya iş dünyasında daha güclü bir mövqe tutmaq istəyirlər. Səbəblərdən asılı olmayaraq, ən vacib məqam gecikməməkdir. Dünya sürətlə dəyişir. Qərarsızlıq, mükəmməliyyətçilik və ya introvert xarakter bizi mühüm qərarlar verməkdən çəkindirə bilər. Buna görə də, əsas tövsiyəm şəxsi brendin yaradılmasına vaxtında başlamaqdır, çünki zamanında atılan addımlar böyük uğurlar gətirə bilər.
- Müsahibəyə görə, təşəkkür edirik.
- Mənə diqqət göstərdiyinizə görə, Marja.az-ın kollektivinə təşəkkürümü bildirirəm.
Şəxsi brend yaratmaq və özünü düzgün təqdim etmək istəyənlər üçün yeni kitab - MÜSAHİBƏ

Maraqlı     Tarix: 27 noyabr 2024

Oxşar xəbərlər

Microsoft-dan güclü süni intellekt noutbuku: 2 599 dollara satışa çıxır

"Microsoft" şirkəti "Nvidia"nın süni intellekt imkanlarına malik yeni çipi ilə təchiz edilmiş "Surface Laptop Ultra" modelini təqdim edib. Yeni noutbukun ABŞ-da başlanğıc qiyməti 2 599,99 dolla

Nepal və Tibetdə dağıdıcı selə nə səbəb olub?

Mənbə: . Hadisə Azərbaycandan minlərlə kilometr uzaqda, Himalay dağlarının Nepal və Çin sərhədində baş versə də, bu cür təbii fəlakətlərin necə yarandığını və bir-biri ilə necə əlaqəli olduğunu anlamaq coğrafi baxımdan mühü

Biz azalacağıq: dünya demoqrafik tənəzzül dövrünə daxil olur

İqtisadçılar Xesus Fernandes-Vilyaverde və Patrik Norrik hesab edirlər ki, qlobal doğum səviyyəsi artıq əhalinin sadə təkrar istehsalı həddindən aşağı düşüb — bu isə BMT-nin proqnozlaşdırdığından bir neçə onillik əvvəl ba

Çinin yeni Arktika marşrutunun perspektivləri və gizli riskləri

Dəniz daşımalarındakı dar boğazlardan getdikcə daha çox narahat olan dünya üçün Dubai Tower gəmisinin reysi ümidverici siqnal sayıla bilər. Konteynerdaşıyan gəmi avqustun 15-də Çinin Ninbo limanından yola düşərək Şimal Buzl

İlon Maskın mobil rabitə bazarını dəyişdirmək planı

Son aylarda İlon Mask uzun müddətdir reallaşdırmaq istədiyi arzusuna çatmaq üçün ABŞ-nin ən böyük telekommunikasiya şirkətlərinin rəhbərlərinə müraciət edib. Sahibkar Verizon və digər korporasiyaların rəhbərliyindən SpaceX-

Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır

Türkiyə universitetlərində təhsil alan əcnəbi tələbələrin sayı son 10 ildə təxminən 4 dəfə artaraq 360 mini keçib. Tələbələrin bir qismi seriallarda gördüyü mədəniyyətə maraq göstərdiyi, digərləri isə təhsil xərclərini nəzər

Gömrükdə malların saxlanılması ilə bağlı yeni qaydalar qüvvəyə mindi

Fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların müvəqqəti saxlanca verilməsi ilə bağlı yeni qaydalar müəyyənləşib. Bununla bağlı Gömrük Məcəlləsində dəyişikliklərlə əlaqədar iyunun 19-da qəbul edilən müvafi

Çinin elektromobil istehsalçıları avtomobil bazarı zəiflədikcə humanoid robotlara yönəlir

Çin şirkətləri on il əvvəl elektrik avtomobilləri sektoruna sürətlə daxil olmuşdular. İndi isə elektromobil bazarında sərt rəqabət fonunda artımın zəifləməsi onları humanoid robotlar (insanabənzər robot) sahəsinə yönəldir

Networking Azerbaijan ilə biznesdə yeni dövr başlayır

Networking Azerbaijan ilə biznes əlaqələrində ölkədə yeni dövr başlayır - "THE NET LOUNGE" layihəsi təqdim edildi. 13 avqust 2026-cı il tarixində Networking Azerbaijan platforması tərəfindən Azərbaycanda bizne


iqtisadi xeberler 1000 manatla biznes biznes krediti valyuta kurslari bitkoin qiymeti