Sığorta bazarının 88 faizindən çoxu 5 şirkətin əlində cəmlənib - SİYAHI
Bu ilin ilk 10 ayı ərzində ölkədə fəaliyyət göstərən 20 sığorta şirkəti tərəfindən yığılan 797,6 milyon manat məbləğində sığorta haqqının yarıdan çoxunu – 65,9%-ni "Paşa Həyat Sığorta" və "Paşa Sığorta" şirkətləri toplayıb.
KONKRET.az Mərkəzi Bankdan açıqlanan məlumatlara istinadən bildirir ki, "Paşa Həyat Sığorta" və "Paşa Sığorta" şirkətlərinin topladığı sığorta haqqı 526 milyon manat olub.
Ən çox sığorta haqqı toplayanların ilk beşliyini 64,9 milyon manatlıq yığımla "Atəşgah Həyat Sığorta" və "Atəşgah Sığorta", 51,7 milyon manatlıq yığımla "Qala Sığorta" və "Qala Həyat Sığorta", 41,3 milyon manatllıq yığımla "Xalq Sığorta", 19,5 milyon manatllıq yığımla "İpək Yolu Sığorta" şirkətləri tamamlayır.
Rəqəmlərdən də göründüyü kimi sığorta bazarının 88,2%-i adları qeyd olunan 5 şirkətin – "Paşa", "Qala", "Atəşgah", "Xalq" və "İpək Yolu" şirkətlərinin əlində cəmlənib. Bu ilin ilk 10 ayında 5 şirkətin topladığı sığorta yığımlarının ümumi məbləği 703,4 milyon manat olub.

"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
"Express Experience" Yay Təcrübə Proqramı – UĞURLA BAŞA ÇATIB
Mərkəzi Bank daşı tərəzinin hansı gözünə qoyacaq? – Faiz qərarı açıqlanır
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Elon Musk kimdir?
Dizaynerlər üçün TOP-5 Freelance sayt
Dropshipping nədir?
Necə Bitcoin almaq olar?