"Sığorta Festivalı" Aran rayonlarında keçirilməyəcək
"Aran rayonlarında müşahidə olunan isti hava şəraiti ilə bağlı bu bölgədə "Sığorta Festivalı"nın keçirilməsi nəzərdə tutulmayıb".
Bunu "Synergy Partnership" şirkətinin baş direktoru Rüfət Abbasov Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun birgə əməkdaşlığı çərçivəsində Azərbaycanda ilk dəfə təşkil olunacaq "Sığorta Festivalı" barədə açıqlama verərkən bildirib.
O qeyd edib ki, festivalda iştirakçıların sayının çox olması üçün hava şəraiti nəzərə alınıb: "Növbəti illərdə Aran bölgəsində də "Sığorta Festivalı" keçirməyi düşünürük".
Qeyd edək ki, "Sığorta Festivalı" festival 26 avqust – 7 sentyabr tarixlərində təşkil olunacaq.
Festivalın 26 avqust tarixdə Bakı şəhərində Dənizkənarı Milli Park ərazisində başlamaqla Sumqayıt, İsmayıllı, Gəncə, Quba, Lənkəran, Mingəçevir, Gədəbəy, Şəki və Zaqatala regionlarında keçirilməsi nəzərdə tutulub. Tədbir ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin iştirakı ilə "edutatement" formatında təşkil olunacaq.
Həmçinin oxu
Azərbaycanda ilk dəfə "Sığorta Festivalı" keçiriləcək
© "Bakıvaxtı" / marja.az

Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Dünyanın ən bahalı restoranları
ƏDV geri al və onun üstünlükləri
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Proqramçılar üçün TOP-5 Freelance sayt
Onlayn biznes növləri