"SİMA İmza" Xalq Bankın "XalqOnline" sistemində
(®) Xalq Bank "XalqOnline" mobil və internet bankçılıq sistemində SİMA yeni yeni nəsil rəqəmsal imzanın inteqrasiyasını həyata keçirib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki "AzInTelecom" MMC ilə əməkdaşlıq çərçivəsində reallaşan layihə XalqOnline istifadəçiləri üçün rəqəmsal əməliyyatları sadələşdirmək və təhlükəsizlik tədbirlərini gücləndirmək məqsədilə həyata keçirilib.
Artıq fiziki şəxslər "XalqOnline" sistemində gücləndirilmiş imza tələb edən əməliyyatlar üçün "SİMA İmza"dan istifadə edə bilərlər. Rəqəmsal imza vasitəsilə "XalqOnline" üzərindən ölkədaxili və ölkəxarici pul köçürmələri, eləcə də konvertasiya əməliyyatlarını icra etmək mümkündür. Bundan başqa, müştərilər onlayn ərizəni "SİMA İmza" ilə imzalayaraq debet kart sifarişi, kredit və hesab açılması üçün banka müraciət edə bilərlər.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, www.xalqbank.az rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar. / marja.az

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Necə Bitcoin almaq olar?
Swift nədir?
Biznes plan necə yazılır?
Startup nədir və necə olur?
Dünyanın əh bahalı brendləri - TOP-10