Şirkətlərin iflasının dövlət qeydiyyatına alınması qaydası müəyyənləşir
Hüquqi şəxsin iflas prosesində olmasının dövlət qeydiyyatına alınması qaydası müəyyənləşir.
FED.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.
Qanuna təklif olunan yeni - 9-2-ci maddəyə görə, hüquqi şəxsin iflas prosesində olması dövlət qeydiyyatına alınmalıdır. Bankların müflisləşmə və iflas prosesində olması "Banklar haqqında" qanunun tələbləri nəzərə alınmaqla dövlət qeydiyyatına alınmalıdır.
Qanuna təklif olunan maddədə hüquqi şəxslərin iflas prosesinin qeydiyyatı qaydaları və prosedurları əksini tapıb.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Müflis olan fiziki şəxslərə dair tələb müəyyənləşir.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs müflis elan olunduğu məqamdan və iflas prosesinə xitam verildiyi tarixdən 15 gün müddətində bu barədə vergi orqanına məlumat verməlidir. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Biznes təlimlər və tədris üsulları
Ev şəraitində pul qazanmağın yolları
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Dünyada ən çox oxunan 5 kitab