Şolts: "Almaniya artıq Rusiya enerjisinə arxalanmır"
Almaniya artıq Rusiyanın enerji resurslarına arxalana bilməz.
KONKRET.az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts "Funke" nəşrinə müsahibəsində deyib.
O qeyd edib ki, Almaniya tezliklə Rusiyanın enerji resurslarından tamamilə imtina edəcək.
"Artıq Rusiyanın enerji daşıyıcılarına bel bağlamağa dəyməz. İndi biz uzunmüddətli perspektivdə Rusiyanın enerji resurslarından imtina etmək üçün lazımi qərarlar qəbul edirik", – kansler bildirib.
Qeyd edək ki, Almaniya fevralın 24-dək ehtiyac duyduğu qazın təxminən 40%-ni Rusiyadan alırdı. Ukrayna müharibəsindən sonra Almaniya təbii qazı digər təchizatçılardan, əsasən Qətərdən almağa başlayıb. Noyabrın 29-da Almaniya "Qatar Energy" şirkəti ilə bir neçə il müddətinə mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünə dair müqavilə imzalayıb.
İqbal Rzayev,
KONKRET.az
Qızılın qiyməti BAHALAŞDI
"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin
Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq
30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind
Maaşlardan yığılan vergi 21% artıb
Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki