S&P: Gələn il Azərbaycanın bank sektorunun gəlirliliyi sabit qalacaq
"Gələn il Azərbaycanın bank sektorunun mənfəətliliyi sabit qalacaq və 2022-ci il səviyyəsində olacaq".
Bu barədə "S&P Global Ratings" beynəlxalq kredit reytinq agentliyinin Azərbaycan bank sektoru üzrə gözləntilərində bildirilib.
Qeyd edilib ki, sabit gəlirliliyin əsasını pərakəndə məhsullara diqqət yetirməklə yeni kredit artımı, riskin maya dəyərinin normallaşdırılması və əməliyyat xərclərinə nəzarət təşkil edəcək.
Bununla belə, "S&P" hesab edir ki, problemli kreditlər 3.5%-dən növbəti 2 il ərzində 4.0%-4.5%-ə qədər arta bilər. Agentlik həmçinin, 2023-2024-cü illərdə kredit itkilərinin isə ümumi portflelin 1.0%-1.2%-i səviyyəsində qalacağını əlavə edib.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycan bankları 914.5 mln. manat, 2023-cü ilin 10 ayında isə 908.2 mln. manat xalis mənfəət əldə edib. / banker.az

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Startup nədir və necə olur?
Dizaynerlər üçün TOP-5 Freelance sayt
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
McDonalds haqqında maraqlı faktlar