Sumqayıt Kimya Sənaye Parkının rezidenti ilk dəfə olaraq Yunanıstana məhsul ixracına başlayıb
İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti "Azertexnolayn" MMC tərəfindən ilk dəfə olaraq Yunanıstana iki başlı suvarma hidrantların ixracı həyata keçirilib.
Marja Agentliyə istinadən xəbər verir ki, Şirkət tərəfindən bu ölkəyə birinci mərhələdə dəyəri 100 min manatdan çox məhsul göndərilib.
Qeyd edək ki, "Azertexnolayn" MMC 2013-cü ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb və Parkın ərazisində müxtəlif diametrli polad borular, yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqlar, xüsusi təyinatlı polietilen boruların istehsalını həyata keçirir. Hazırda müəssisədə 60-dan çox çeşiddə məhsul istehsal olunur. Müəssisənin məhsulları daxili bazara satılmaqla yanaşı, dünyanın 25-dən çox ölkəsinə ixrac edilir. / marja.az
Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd
1 tonu üçün 150 manat gömrük yığımı alınacaq
Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar
Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb
Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®
İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric