Taleh Kazımov barəsindəki ittihamlara cavab verdi

Taleh Kazımov barəsindəki ittihamlara cavab verdi"Yüksək inflyasiyaya baxmayaraq, Mərkəzi Bankın faizləri artırmamasının mənim bank sektrounda çalışmış bir şəxs olmağımla əlaqəsi yoxdur".
Marja.az xəbər verir ki, bunu, Mərkəzi Bankın sədri, "Taleh Kazımov bank sektorundan gəldiyindən Mərkəzi Bank faizləri artırmır" iddialarına münasibət bildirərkən deyib.
"Uçot dərəcəsilə bağlı qərarlar mənim keçmişim ilə bağlı ola bilməz. Bazarda olan yüksək likvidliyi nəzərə alsaq, Mərkəzi Bankın faiz dərəcələrini artırması banklara daha faydalı olacaqdır, çünki sərbəst vəsaitləri yerləşdirib gəlir əldə edə bilərlər. Uçot dərəcəsinin dəyişdirilməməsinin mənim kommersiya bankından gəlməyimlə heç bir əlaqəsi yoxdur", - Kazımov bildirib.
Qeyd edək ki, Mərkəzi Bankın sədri Taleh Kazımov bu vəzifəyə təyin olunanadək "PAŞA Bank" ASC-nin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
Taleh Kazımovun təyinatından sonra keçirilmiş yığıncaqlarda (29 aprel 2022,17 iyun 2022 və 29 iyul 2022-ci il tarixlərində) faizlərdə dəyişiklik edilməmiş, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.75%, faiz dəhlizinin aşağı həddi 6.25%, yuxarı həddi isə 9.25% səviyyəsində saxlanılmışdır.
Mərkəzi Bankın İdarə Heyəti bəzi tərəfdaş ölkələrdə milli valyutaların əlavə ucuzlaşması nəticəsində manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsini, iyunda dünya ərzaq qiymətlərinin dinamikasını və təchizat-logistika xərclərini xarakterizə edən göstəricilərin azalmasının inflyasiyaya azaldıcı təsir göstərdiyini nəzərə alaraq faizlərini sabit saxlayıb. 
Həmçinin oxu
Mərkəzi Bank faiz qərarını açıqladı
Taleh Kazımov barəsindəki ittihamlara cavab verdi

Maliyyə     Tarix: 29 iyul 2022

Oxşar xəbərlər

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət

Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı

() Africa–Azerbaijan Cooperation (AFAZ) 21–23 oktyabr 2026-cı il tarixlərində Keniyanın Nayrobi şəhərində keçiriləcək BIG 5 Construct Kenya 2026 beynəlxalq tikinti və inşaat sərgisində Azərbaycan Pavilyonunun təşkilini həyat

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin, ƏDV ödəyicilərinin və təsərrüfat subyektlərinin sayında artım qeydə alınıb. Marja xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı i

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd


iqtisadi xeberler biznes xeberleri dollar manat kursu online pul qazanmaq bu gunun xeberleri