Tələbələrin köçürülməsi ilə bağlı sənəd qəbuluna başlanılır

Tələbələrin köçürülməsi ilə bağlı sənəd qəbuluna başlanılırİyulun 25-də saat 11:00-dan tələbələrin köçürülməsi üzrə sənəd qəbulu prosesinə başlanılır.
Elm və Təhsil Nazirliyindən  verilən məlumata görə, tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud ixtisasının dəyişdirilməsi, xarici ölkə ali təhsil müəssisələrindən ölkədaxili ali məktəblərə bərpası, eləcə də ölkəmizdə və xaricdə yerləşən orta ixtisas təhsili müəssisələrinin tələbələrinin köçürülməsi üzrə elektron sənəd qəbulu transfer.edu.az portalı vasitəsilə həyata keçirilir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Portala müraciət edən şəxslər köçürülmək (bərpa olunmaq) istədikləri təhsil müəssisəsini və ya ixtisası seçmək imkanına malikdirlər. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları elektron müraciətlərinə daxil etməklə sorğu göndərə bilərlər.
Köçürülmə üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Bununla yanaşı, tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar DİM tərəfindən müəyyən edilmiş eyni ixtisas qrupu daxilində olmalıdır.
Qaydalara əsasən, xarici ölkələrin akkreditə olunmayan təhsil müəssisələri tələbələrinin və digər ölkələrdə qiyabi təhsil alan şəxslərin köçürülməsinə icazə verilmir. Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır. Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən və tələbələr sırasına bərpa olunan şəxslər (dövlət sifarişi əsasında təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər.
Sənəd qəbulu 31 iyul saat 23:59-dək davam edəcək.
Proseslə bağlı əlavə məlumat əldə etmək üçün Elm və Təhsil Nazirliyinin 146-6 Çağrı Mərkəzi və ya rəsmi "Whatsapp" xidməti ilə (+994 51 206 78 48) əlaqə saxlamaq mümkündür. / marja.az

Maraqlı     Tarix: 17 iyul 2023

Oxşar xəbərlər

Networking Azerbaijan ilə biznesdə yeni dövr başlayır

Networking Azerbaijan ilə biznes əlaqələrində ölkədə yeni dövr başlayır - "THE NET LOUNGE" layihəsi təqdim edildi. 13 avqust 2026-cı il tarixində Networking Azerbaijan platforması tərəfindən Azərbaycanda bizne

"TikTok"la "Instagram"a girişdə problem yarandı

"TikTok" və "Instagram"ın işində problem yaranıb. Hazırda Azərbaycanda istifadəçilər şəxsi hesablarına girə bilmirlər. Hələlik problemlə bağlı "Meta" şirkətindən açıqlama verilməyib

Satışı artıran sehrli formul

Satışları artırmaq üçün nə lazımdır? Daha böyük reklam büdcəsi? Daha çox satış əməkdaşı? Yoxsa daha çox müştəri?. Bankçılıq, Məhsulların İdarə edilməsi və həyat sığortası sahələrində qazandığım təcrübə mənə bir şeyi öyrədib

Microsoft-dan güclü süni intellekt noutbuku: 2 599 dollara satışa çıxır

"Microsoft" şirkəti "Nvidia"nın süni intellekt imkanlarına malik yeni çipi ilə təchiz edilmiş "Surface Laptop Ultra" modelini təqdim edib. Yeni noutbukun ABŞ-da başlanğıc qiyməti 2 599,99 dolla

Avropada restoranlarda bəxşiş vermək lazımdır? Səyahət bələdçisi izah edir

Avropada bəxşiş qaydalarını anlamaq bəzən çətin ola bilər, xüsusən də adətlər ölkədən ölkəyə dəyişdiyi üçün. Bu qısa bələdçi restoran etiketini və xidmətə görə bəxşiş qaydalarını izah edir ki, qitə boyunca daha rahat səyahə

ÜDM üçün tələ: süni intellekt köpüyü niyə iqtisadçıları əvvəlkilərdən daha çox qorxudur?

ABŞ fond bazarı yüksəlişdədir və bu artımın əsas lokomotivi süni intellektdir. Texnologiya nəhəngləri süni intellekt mütəxəssislərini öz tərəflərinə çəkmək, çipləri kütləvi şəkildə almaq və məlumat mərkəzləri tikmək üçü

Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır

Türkiyə universitetlərində təhsil alan əcnəbi tələbələrin sayı son 10 ildə təxminən 4 dəfə artaraq 360 mini keçib. Tələbələrin bir qismi seriallarda gördüyü mədəniyyətə maraq göstərdiyi, digərləri isə təhsil xərclərini nəzər

Çinin yeni Arktika marşrutunun perspektivləri və gizli riskləri

Dəniz daşımalarındakı dar boğazlardan getdikcə daha çox narahat olan dünya üçün Dubai Tower gəmisinin reysi ümidverici siqnal sayıla bilər. Konteynerdaşıyan gəmi avqustun 15-də Çinin Ninbo limanından yola düşərək Şimal Buzl

Ötən il Qərbi Kaspi Universiteti 5 milyon manata yaxın mənfəət əldə edib

Qərbi Kaspi Universitetinin 2025-ci ildə ümumi gəlirləri 14 milyon 172,5 min manat, vergitutma məqsədləri üçün mənfəəti isə 4 milyon 963,1 min manat təşkil edib. Universitetin təqdim etdiyi mənfəət vergisi bəyannaməsind


iqtisadi xeberler bank faizleri bitcoin en son xeberler birbank