TEMU-ya xəbərdarlıq edildi
Türkiyə bazarında fəaliyyət göstərən xarici e-ticarət platformaları istehlakçıların qorunması məqsədilə bir sıra hüquqi öhdəlikləri yerinə yetirməlidir.
"Shein" və "Temu" artıq rüsum ödəyir: Birləşmiş Ştatlarda satış kəskin azalıb
FED.az xəbər verir ki, bu çərçivədə, Çində yerləşən və 2024-cü ilin iyun ayından etibarən Türkiyədə internet üzərindən satışa başlayan TEMU platformasının rəsmiləri Ticarət Nazirliyinə dəvət olunub.
İclasda Ticarət Nazirliyi tərəfindən TEMU-ya "Bazara Nəzarət və Məsafədən Rabitə Vasitələri ilə Bazara Çıxarılan Məhsullara Nəzarət Qaydası"na uyğun olaraq məhsul təhlükəsizliyi və istehlakçı şikayətlərinə dair məsuliyyətləri bir daha xatırladılıb. Qeyd edilib ki, 1 aprel 2024-cü ildən qüvvəyə minmiş yeni tənzimləməyə əsasən, TEMU platforması qanunvericiliyə uyğun addımlar atmalı və müvafiq öhdəlikləri yerinə yetirməlidir.
Nazirlik, TEMU rəsmilərinə satış elanlarında təqdim olunan məlumatların tamlığı, təhlükəli və uyğun olmayan məhsulların platformadan 24 saat ərzində çıxarılması və məhsul təhlükəsizliyi üzrə əlaqə nöqtəsinin daim aktiv saxlanılmasının vacibliyini vurğulayıb. Eyni zamanda bildirilib ki, Türkiyədə təsərrüfat operatorunun xəbəri olmadan məhsulların bazara çıxarılmasına icazə verilməyəcək.
TEMU rəsmiləri isə tələblərə cavab vermək üçün lazımi infrastruktur işlərinin görüldüyünü, məhsul təhlükəsizliyi və istehlakçı məlumatları ilə bağlı məsuliyyətlərini anladıqlarını və bu sahədə ciddi addımlar atdıqlarını bildiriblər. Onlar həmçinin, Türkiyədə nümayəndəlik açmaq üçün təşəbbüs etdiklərini və ölkəyə daxil olan məhsullara görə məsuliyyət daşımağa hazır olduqlarını qeyd ediblər.
Tənzimləməyə əməl olunmaması halında isə ciddi inzibati sanksiyaların tətbiq ediləcəyi bir daha vurğulanıb. (Sfera.az)

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Biznes təlimlər və tədris üsulları
Ev şəraitində pul qazanmağın yolları
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Dünyada ən çox oxunan 5 kitab