Texnologiyalar Parkının inkubator-rezidentinin "Bravo"da 2-ci stendi istifadəyə verilib - FOTOLAR
Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının inkubator-rezidenti olan "SmFreshOil"in "Bravo" marketlər şəbəkəsinin "20 Yanvar" filialında ikinci "SmFreshOil by ABAD" stendi istifadəyə verilib.
FED.az "ABAD" publik hüquqi şəxsin dəstəyi ilə istifadəyə verilən "SmFreshOil by ABAD" stendinin açılış mərasimində "SmFreshOil" brendinin sahibi, "ABAD"çı Maya Səbzəliyeva, Əməkdar mədəniyyət işçisi Fəxriyyə Xələfova, Əməkdar artist Fərqanə Qasımova, "ABAD" publik hüquqi şəxsin rəsmi nümayəndləri, bir sıra tanınmış şəxslər və blogerlər iştirak ediblər.
Qeyd edək ki, bu stenddə də müştərilərin gözü önündə soyuq sıxım yağlar və çərəzlərdən müxtəlif əzmələr hazırlanaraq yerindəcə müştərilərə təqdim olunacaq.
Bundan başqa, "SmFreshOil by ABAD" stendində soyuq sıxım yağlar, əzmələr, qlütensiz unlar, məcunlar və orqanik şokolad pastaları, bəkməz və s. kimi müxtəlif çeşiddə sağlamlığa faydalı məhsulların satışı həyata keçiriləcək.
Ünvan: Tbilisi prospekti, 3007-ci məhəllə (20 Yanvar m/s yanı), "BRAVO" Hipermarket.
Xatırladaq ki, ilk "SmFreshOil by ABAD" stendi ötən ilin aprel ayından etibarən "Bravo" Koroğlu hipermarketində uğurla fəaliyyət göstərir.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Françayzinq nədir və necə olur?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
İKEA şirkətinin tarixi