"Torpaq sahəsi restoran üçün nəzərdə tutulsaydı, tikintiyə o dəqiqə icazə verilərdi, uşaqlar üçün yer ayrılıb, amma tikintiyə icazə verilmir"
"Azərbaycanda Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyi var, 1000-dən yuxarı autizim xəstəsi burada qeydiyyatdadır".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib.
Yerli icra hakimiyyətlərində genderə məsul şəxsin sosial məsələlər üzrə müavinlər olması təklif edilib
Deputat bildirib ki, Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi bütün orqanlara müraciət edib:
"43 autizm xəstəsinin valideyni mənə 500 adamın adından müraciət edib. Azərbaycanda ümumilikdə 5000 autizm xəstəsi var. Bu xəstələrə baxılmalı, onlar cəmiyyətə qayıtmalıdır. Yeni Günəşlidə ayrılan torpaq sahəsi restoran üçün nəzərdə tutulsaydı, tikintiyə o dəqiqə icazə verilərdi, bu uşaqlar üçün yer ayrılıb, amma tikintiyə icazə verilmir. Bu uşaqlar evdə kəndirə bağlanıb saxlanılır, onlar mənim gözümün qabağından getmir. Analar hayqırır, göz yaşı tökürlər. Parlament rəhbərliyindən xahiş edirəm ki, bu məsələnin üstündə dursun. Tikintiyə niyə icazə verilmir? Mən qoca vaxtımda yalvarıram, bu adamlara yazığınız gəlsin".
Sədr Sahibə Qafarova deputatın çıxışına reaksiya verib: "Bütün sənədləri yığmısınız, sənədlərlə müraciət edin".
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA / marja.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Ev şəraitində pul qazanmağın yolları
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Dropshipping nədir?