Trampın açıqlamalarından sonra dollar maydan bəri ən aşağı səviyyəsinə düşüb

Trampın açıqlamalarından sonra dollar maydan bəri ən aşağı səviyyəsinə düşübBloomberg Dollar Spot Index (BBDXY) iyulun 17-də ticarət zamanı 0,4% dəyər itirərək 1246,92 bəndədək geriləyib.
Marja xəbər verir ki, bu, son iki ayda minimum səviyyədir.
İndeks inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin valyutalarından ibarət səbətin ABŞ dollarına nisbətdə dinamikasını izləyir.
Beynəlxalq Forex bazarında Yapon yeni dollara qarşı (USD/JPY) təxminən 1,5% bahalaşıb, ölkə hakimiyyətinin milli valyutanı dəstəkləmək üçün yenidən müdaxilə edə biləcəyinə dair davam edən gözləntilər fonunda, Donald Tramp Bloomberg-ə müsahibəsində yen məzənnəsinin zəifliyinə diqqət çəkib.
"Bizim böyük valyuta problemimiz var", Tramp deyib. O qeyd edib ki, yen və yuanın zəifliyi fonunda güclü dollar, öz məhsullarını ixrac edən Amerika şirkətləri üçün böyük yükdür: "Mən həmişə müşahidə etmişəm ki, onlar (Yaponiya və Çin) öz valyutalarını zəif saxlamaq üçün çox mübarizə aparırlar".
Donald Trampın açıqlamaları onun builki seçkilərdə qalib gələcəyi təqdirdə ABŞ valyutasını ucuzlaşdırmaq üçün addımlar ata biləcəyi ilə bağlı qorxuları artırıb. ABŞ-da prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin edilib.
Bloomberg Dollar Spot Index (BBDXY) inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin valyutalarından ibarət səbətin ABŞ dollarına qarşı performansını izləyir. Səbətə valyuta bazarlarında ən yüksək likvidliyə malik valyutalar daxildir - Avro, Yapon yeni, Kanada dolları, Britaniya funtu, Meksika pesosu, Çin yuanı, İsveçrə frankı, Avstraliya dolları, Cənubi Koreya vonu, Hindistan rupisi, Sinqapur dolları və Yeni Tayvan dolları.
Yaponiya hakimiyyəti ötən həftə yenin məzənnəsini dəstəkləmək üçün 3,5 trilyon yen (22 milyard dollar) xərcləyib. Bir neçə ay əvvəl onlar Yapon valyutasının ucuzlaşmasının qarşısını almaq üçün rekord məbləğlər xərcləyiblər. Son on iki ayda yen təxminən 11% ucuzlaşaraq 1980-ci illərdən bəri ən aşağı səviyyəyə düşmüşdü. İyulun 3-də keçirilən ticarət zamanı USD/JPY cütlüyü bir dollar üçün 161 yenini ötərək 161,95 yenaya çatmış, bu da Yaponiya valyutası üçün 1986-cı ildən bəri ən aşağı səviyyə olmuşdu.  / marja.az

Maliyyə     Tarix: 17 iyul 2024

Oxşar xəbərlər

Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı

() Africa–Azerbaijan Cooperation (AFAZ) 21–23 oktyabr 2026-cı il tarixlərində Keniyanın Nayrobi şəhərində keçiriləcək BIG 5 Construct Kenya 2026 beynəlxalq tikinti və inşaat sərgisində Azərbaycan Pavilyonunun təşkilini həyat

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin, ƏDV ödəyicilərinin və təsərrüfat subyektlərinin sayında artım qeydə alınıb. Marja xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı i

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb

Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla


iqtisadi xeberler valyuta mezennesi 1000 manatla biznes bitcoin qiymeti dollarin kursu bu gun