Trampın qələbəsi dünyanın ən zəngin 10 adamına rekord 64 milyard dollar qazandırıb
Dünyanın ən zəngin 10 adamının sərvəti Donald Trampın ABŞ prezidenti seçkilərindəki qələbəsindən sonra ümumilikdə rekord məbləğdə - 63,5 milyard ABŞ dolları artıb.
Bu barədə "Bloomberg" məlumat yayıb.
Agentliyin məlumatına görə, bu, qurumun 2012-ci ildə "Milyarderlər İndeksi"ni aparmağa başladığından bəri ən böyük gündəlik artımdır. Xüsusilə, seçkilərin nəticəsindən ən çox qazanan dünyanın ən varlı insanı - İlon Mask olub ki, onun sərvəti Trampın qələbəsindən sonra 10,1 % (26,5 milyard ABŞ dolları) artaraq 290,3 milyard ABŞ dollarına çatıb.
Reytinqdə ikinci yeri tutan "Amazon" onlayn pərakəndə satış şirkətinin qurucusu Ceff Bezos bir gün ərzində 3,2 % (7,14 milyard ABŞ dolları), "Oracle" korporasiyasının rəhbəri Larri Ellison isə 5,4 % (9,88 milyard ABŞ dolları) zənginləşib.
Trampın qələbəsindən dolayı yol ilə faydalananlar arasında "Microsoft"un qurucusu Bill Qeyts, bu korporasiyanın keçmiş baş direktoru Stiv Ballmer, "Google"ın qurucuları Larri Peyc və Sergey Brin, "Berkshire Hathaway"in rəhbəri Uorren Baffet və kriptovalyuta birjalarının rəhbərləri Brayan Armstronq və Çanpen Çjao da var.
"Bloomberg" yazır ki, milyarderlərin sərvətinin kəskin artmasına səbəb Trampın Ağ Evə gəlişinin vergilərin azaldılmasına və maliyyə tənzimlənməsinin yumşaldılmasına səbəb olacağı gözləntiləri fonunda ABŞ şirkətlərinin səhmlərinin qiymətlərinin artmasıdır.
Trampın qələbəsi barədə məlumatlar fonunda dollar möhkəmlənməyə başlayıb və "S&P 500" indeksi 2,5 % artıb. / marja.az

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
McDonalds haqqında maraqlı faktlar
Kriptovalyuta nədir və necə alınır?
Bitcoin nədir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Kriptovalyuta nədir?