Trendyol Group-un vitse-prezidenti Azərbaycandakı hədəflərindən danışdı - FOTOLAR
Trendyol Group-un vitse-prezidenti, Türkiyə E-ticarət Məclisi başqanı Ozan Acar, Azərbaycanda e-ticarət günləri tədbirində şirkətin Azərbaycandakı 2028-ci il üçün hədəflərini açıqlayıb.
FED.az xəbər verir ki, Acar bildirib ki, 2028-ci ildə Trendyol 3 milyon müştəri, 60 milyon məhsul çatdırılması və 1 milyard dollarlıq ixracat həcmini planlaşdırır.
Şirkət rəsmisi vurğulayıb ki, gün Trendyol Azərbaycanın ən çox istifadə olunan e-ticarət platformasıdır və hazırda Azərbaycanda 2 milyondan çox istifadəçiyə xidmət göstərir.
Vitse-prezident həmçinin şirkətin sosial məsuliyyət layihələrinə verdiyi dəstəkdən də bəhs edib: "Qadınların səlahiyyətləndirilməsi, təhsil və rəqəmsallaşma kimi mövzularda Pasha Holding, Nərgiz Fondu, Birləşmiş Millətlər Təşkilatı kimi tərəfdaşlarla birlikdə cəmiyyətə fayda verməyə çalışırıq".
Trendyol texnologiya sahəsində də mühüm addımlar atır. PASHA Holding ilə texnologiyaların inkişafını və yeni təşəbbüsləri dəstəkləyən "InMerge Venture" Fondunun birgə yaradıldığını açıqlayan Acar, həmçinin, InMerge İnnovasiya Sammitini bu il üçüncü dəfə dəstəklədiklərini bildirib.
Ozan Acar Azərbaycanın Trendyolu olaraq hər gün daha yaxşısını etmək üçün fəaliyyətlərini davam etdirəcəklərini qeyd edib.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
ZARA-nın uğur hekayəsi
Elon Musk kimdir?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
IMEI kod nədir?
Hazır bizneslərdə ən çox edilən 5 səhv