"Trendyol"dan ən çox mal alan ölkə Azərbaycandır – ŞİRKƏT RƏHBƏRİ AÇIQLADI
2022-ci ildə Türkiyənin "Trendyol" ticarət platformmasında ən çox sifariş verən ölkə Azərbaycan olub.
FED.az xəbər verir ki, bu barədə "Trendyol" Qrupunun prezidenti Çağlayan Çetin bildirib.
Azərbaycanda "Trendyol"a rəqib rəqib gəlir – "WILDBERRIES"İN RƏHBƏRİ AÇIQLADI
Onun sözlərinə görə, ötən il Azərbaycan "Trendyol"a daxil edilən beynəlxalq sifarişlərə görə birinci yerdə qərarlaşıb. Bundan əlavə, 2022-ci ildə Azərbaycanda ən çox yüklənən proqram da "Trendyol" tətbiqi olub.
Xatırladaq ki, 2010-cu ildə qurulan "Trendyol" Türkiyənin aparıcı e-ticarət platforması və Avropanın ən böyük texnologiya şirkətlərindən biridir. Şirkət Türkiyənin R&D mərkəzləri, "Trendyol Tech", "Trendyol Express", "Trendyol Go", "Dolap", eləcə də Türkiyənin ən sürətli logistika və çatdırılma şəbəkələri daxil olmaqla bir çox şirkətləri ehtiva edir.
Bundan əlavə, trendyol.com/de (Alman müştəriləri üçün) və trendyol.com/en vasitəsilə "Trendyol" türk istehsalçılarını 27 Avropa ölkəsi ilə bir araya gətirir. "Trendyol", həmçinin B2B modeli ilə partnyor platformaları vasitəsilə 90-dan çox ölkədəki müştərilərə çıxış əldə edir və yerli istehsalçılar üçün ümumilikdə 100-dən çox ölkəyə elektron ixrac imkanı yaradır. "Trendyol" müştərilərə birbaşa Azərbaycanda öz platforması vasitəsilə xidmət göstərəcək.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Françayzinq nədir və necə olur?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
İKEA şirkətinin tarixi