"TuranBank" 2022-ci ilin I yarısını 1,7 milyon manat mənfəətlə başa vurdu

Bu il fəaliyyətinin 30-cu ildönümünü qeyd edən, ölkənin aparıcı banklarından biri olan "TuranBank" ASC 2022-ci ilin I yarımilinin maliyyə göstəriciləri üzrə bazar mövqeyini qoruyub saxlayıb. Real sektorun dəstəklənməsi istiqamətində aktiv fəaliyyətini davam etdirən Bank cari ilin ilk yarısını 1,7 milyon manat mənfəətlə başa vurub.
2022-ci ilin I yarısının yekunlarına görə, "TuranBank"ın cəmi aktivləri ötən ilin analoji dövrü ilə müqayisədə 30,8% və yaxud 185,8 milyon manat artaraq 788,7 milyon manat, o cümlədən müştərilərə verilmiş kreditlər 31,2% və yaxud 116,5 milyon manat artaraq 489,8 milyon manat təşkil edib. Daim etibarlılıq prinsiplərinə sadiq qalan "TuranBank"ın depozitlərinin həcmində də artım müşahidə olunub. Belə ki, 2022-ci ilin I yarısının sonuna cəmi depozit portfeli keçən ilin müvafiq dövrü ilə müqayisədə 51,6% və yaxud 153,4 milyon manat artaraq 450,9 milyon manat, fiziki şəxslərin depozitləri isə 36,6% və yaxud 81,2 milyon manat artaraq 303,5 milyon manat olub. Bank davamlı inkişaf üçün kifayət qədər yüksək kapital ehtiyatına malikdir.
2022-ci ilin I yarısı ərzində Bank real sektorun dəstəklənməsi istiqamətində də beynəlxalq maliyyə institutları ilə aktiv fəaliyyətini davam etdirib. Belə ki, "TuranBank" ilə nüfuzlu maliyyə qurumu Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) arasında beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsini genişləndirmək məqsədilə 5 milyon ABŞ dolları həcmində kredit sazişi imzalanıb. Həmçinin Bank EMF Mikromaliyyə Fondundan Mikro, Kiçik və Orta sahibkarlığın (MKOS) maliyyələşdirilməsini genişləndirmək məqsədilə 4 milyon ABŞ dolları kredit cəlb edib. "TuranBank" institusional inkişaf və biznes subyektlərinin maliyyələşdirilməsi üzrə kredit xətlərinin cəlb edilməsi istiqamətində digər beynəlxalq maliyyə qurumları ilə də əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirir. Bankımız Beynəlxalq Maliyyə Korporasiyası (İFC), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), EMF Mikromaliyyə Fondu, ECO Ticarət və İnkişaf Bankı (ECO TDB), "Sparkassenstiftung" və s. kimi nüfuzlu maliyyə təşkilatları ilə Kiçik və Orta sahibkarlıq layihələri üzrə birgə əməkdaşlıq edərək qeyri-neft sektorunun davamlı inkişafına ciddi dəstək olur.
Bundan başqa, bazarın tələbini nəzərə alaraq rəqəmsallaşmanın genişlənməsi istiqamətində müvafiq addımlar atılıb, məsafədən göstərilən xidmətlərin əhatə dairəsi genişləndirilib. Hesabat dövrü ərzində Bank SİMA ilə tərəfdaşlığa başlayaraq müştərilərin filiala gəlmədən, bank əməliyyatlarına vaxt itirmədən bir neçə toxunuşla mobil tətbiq üzərindən müvafiq sənədləri SİMA - yeni nəsil rəqəmsal imza ilə təsdiqləyərək rahat şəkildə "TuranBank"da əmanət yerləşdirməsini təmin etmişdir. Bununla yanaşı, "TuranBank" mobil əlavəsi üzərindən "PİN kodun bərpası" xidməti, "Bakcell", "Nar" abunəçiləri üçün mobil əlavəni internetsiz istifadə etmə imkanı da müştərilərin ixtiyarına verilib. Bildirək ki, mobilbank əlavəsi banka gəlmədən ödənişlər, köçürmələr və müxtəlif bank əməliyyatlarını həyata keçirmək imkanını yaratmaqla bərabər Bankın müştərilərinə təqdim etdiyi kredit, əmanət, kart məhsulları və digər xidmətlərlə bağlı yenilənmiş məlumatların əldə edilməsi fürsətini də yaradır.
1992-ci ildən etibarən fəaliyyət göstərən "TuranBank" 18 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Filial şəbəkəsinin genişləndirilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirən Bank bu il də şəhər və regionlarda yeni filial və şöbələrin açılmasını planlaşdırır. "TuranBank"ın ölkə üzrə xidmət şəbəkəsi haqqında ətraflı məlumatı qeyd olunan keçidə daxil olaraq əldə edə bilərsiniz: https://bit.ly/3v4Vnar.
Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı 935 çağrı mərkəzinə zəng edərək, "TuranBank"ın rəsmi veb səhifəsini https://bit.ly/3fUQtbQ və yaxud sosial şəbəkələrdəki səhifələrini izləyərək əldə edə bilərsiniz.
"TuranBank"
Bizimlə etibarlıdır ...

Maliyyə     Tarix: 22 iyul 2022

Oxşar xəbərlər

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi


iqtisadi xeberler kicik biznes valyuta kurslari biznes krediti bu gunun xeberleri