TuranBank nüfuzlu beynəlxalq maliyyə qurumundan yerli valyutada kredit cəlb edib

TuranBank nüfuzlu beynəlxalq maliyyə qurumundan yerli valyutada kredit cəlb edibAzərbaycanda real sektoru dəstəkləyən ölkənin aparıcı banklarından biri olan TuranBank ASC uğurlu fəaliyyəti sayəsində beynəlxalq qurumlardan maliyyə vəsaitləri cəlb etməyə davam edir.
Belə ki, TuranBank və Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) arasında kiçik və orta biznesin maliyyələşdirilməsini genişləndirmək məqsədilə yeni kredit sazişi imzalanıb. Sazişə əsasən beynəlxalq maliyyə qurumu Banka 2 illik müddətə 6 milyon ABŞ dolları ekvivalentində Azərbaycan manatında kredit ayırıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
"Qara Dəniz Ticarət və İnkişaf  Bankı olaraq ölkədə kiçik və orta sahibkarlıq sektorunun dəstəklənməsi istiqamətində TuranBank ilə tərəfdaşlığımızı davam etdirməkdən məmnunuq. Bu saziş sahibkarlara inkişaf etmək, yenilik etmək və inklüziv iqtisadi inkişafa nail olmaq üçün lazım olan resurslara çıxış imkanı verəcək, eyni zamanda ölkədə, xüsusilə regionlarda dayanıqlı iqtisadi artımın təmin edilməsi və yeni iş yerlərinin yaradılmasına töhfə verəcək. Birgə səylərimizin gələcəkdə əhəmiyyətli nəticələr verəcəyinə əminik"- deyə QDTİB-in prezidenti Serhat Köksal bildirib. 
"TuranBank ilə Qara Dəniz Ticarət və İnkişaf arasında bağlanan bu  müqavilə üzrə yerli valyutada cəlb edilən vəsait Bankın fəaliyyət strategiyasında əsas hədəf olan mikro, kiçik və orta müəssisələrin maliyyələşdirilməsinə yönəldilərək,  ölkə ərazisində fəaliyyət göstərən sahibkarların dəstəklənməsinə şərait yaradacaq. Bu saziş beynəlxalq maliyyə institutlarının Bankımızın etibarlı tərəfdaş olaraq uzunmüddətli sabitliyi və davamlı inkişafına olan inamının daha bir mühüm göstəricisidir." - deyə TuranBank ASC-nin İdarə Heyətinin sədri Orxan Qarayev qeyd edib.
Məlumat üçün bildiririk ki, TuranBank 2011-ci ildən Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirərək müxtəlif biznes sahələrinin maliyyələşdirməsini reallaşdırıb. Bank cəlb etdiyi bu vəsait hesabına Kiçik və Orta sahibkarlığın inkişafına dəstək göstərməkdə davam edəcək.
Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Qara dəniz bölgəsi ölkələrinin regional inkişafını və əməkdaşlığını dəstəkləmək məqsədilə 1999-cu ildə fəaliyyətə başlayıb. QDTİB üzv ölkələrdə dövlət və özəl sektorda layihələr və ticarətin maliyyələşdirilməsi məqsədi ilə kreditlər, kredit xətləri, səhmdar kapitalı və zəmanətlər verərək iqtisadi inkişafı və regional əməkdaşlığı dəstəkləyir. Bank regional əməkdaşlığın inkişafı prinsiplərini əsas tutaraq üzv ölkələrdə layihələrin maliyyələşdirilməsində və kapitalında iştirak edir.
Yarandığı tarixdən etibarən 33 il ərzində özünün 22 satış nöqtəsilə TuranBank daim inkişaf yolunu tutmuş, xidmətləri ilə həm keyfiyyət, həm də kəmiyyət baxımından maliyyə sektorunda önəmli mövqeyə sahib olmuşdur. Bank Azərbaycanın maliyyə sektorunda stabilliyi və etibarlılığı ilə seçilən əsas iştirakçılardan biridir. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı 935 çağrı mərkəzinə zəng edərək,  TuranBank-ın rəsmi veb səhifəsini  və ya sosial şəbəkələrdəki səhifələrini izləyərək əldə edə bilərsiniz.

Banklar     Tarix: 28 fevral 2025

Oxşar xəbərlər

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc


iqtisadi xeberler en son xeberler birbank online pul qazanmaq bitkoin