TuranBank "Yaşıl ASAN" proqramı çərçivəsində ekoloji layihəni uğurla başa vurub
Ölkənin aparıcı banklarından biri olan TuranBank ASC "ASAN Könüllüləri"nin "Yaşıl ASAN" ekoloji proqramı çərçivəsində kağız tullantılarının toplanması və onların təkrar emalına yönəlmiş ekoloji layihəni uğurla həyata keçirib.
Belə ki, ekoloji layihə çərçivəsində TuranBank-a məxsus satış nöqtələrində və Baş ofisində ətraf mühitin mühafizəsi, kağız israfının qarşısının alınması və təkrar emal prosesinin təşviqi məqsədilə kağız tullantılarının toplanması üçün xüsusi təkrar emal qutuları yerləşdirilib. Layihənin əsas məqsədi ağacların qorunmasına, ekoloji tarazlığın saxlanılmasına və əhalidə ekoloji məsuliyyət hissinin artırılmasına töhfə verməkdir.
Məlumat üçün bildirək ki, "Yaşıl ASAN" ekoloji proqramı çərçivəsində indiyədək 2 200 tondan çox kağız tullantısı toplanaraq təkrar emala göndərilib. Bu təşəbbüs sayəsində 37 400-dən artıq ağacın kəsilməsinin qarşısı alınıb. Bu göstəricilər həm təbiətin qorunması, həm də ekoloji dayanıqlığın təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, TuranBank ölkəmizdə yaşıllıqların mühafizəsi və artırılması səylərini bundan sonra da davam etdirəcək və planetimizin mühafizəsi üçün mübarizədə, ətraf mühit naminə görülən tədbirlərdə aktiv iştirak edəcəkdir.


TuranBank
Bizimlə etibarlıdır

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Biznes təlimlər və tədris üsulları
Ev şəraitində pul qazanmağın yolları
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Dünyada ən çox oxunan 5 kitab