Türk İnkişaf Bankı yaradıla bilər
Türk dövlətləri üçün ortaq İnkişaf Bankının layihəsi hazırlanıb.
Banker.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, Türk Dövlətləri ilə Əlaqələr üzrə rəhbər, paytaxt Ankaradan millət vəkili Kürşad Zorlu Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransında bildirib.
"Türk İnvestisiya Fondunun olması çox mühümdür, amma fikrimcə, dünyada maliyyə bazarında söz sahibi olmaq üçün ortaq İnkişaf Bankı formalaşdırılmalıdır. Biz Prezidentimizin göstərişi ilə Prezident Administrasiyasının Maliyyə Ofisi ilə birlikdə bir layihə də hazırlamışıq. Bunu digər türk dövlətlərinə, eləcə də təşkilatımızın Baş Katibliyinə də təqdim edəcəyik. Biz əlimizdəki imkanlardan istifadə etməklə yanaşı, qlobal maliyyə bazarındakıə potensialdan da istifadə edib xüsusilə Orta Dəhlizin inkişafında iş adamlarımıza kreditlər və digər formalarda dəstək vermək məcburiyyətindəyik", – deyə o qeyd edib.

EİB, IFC və OeEB "Bank Respublika"nın imtiyazlı səhmlərini əldə etdiklərini təsdiqləyiblər
Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində
ABB səhmləri rekord vurdu – 37 qəpiyə yüksəldi
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
Trendyol COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini - TƏQDİM EDİB
Süd vəzi xərçəngindən sığortalanmaq mümkündür
Bank olmayan kredit təşkilatına lisenziya verilib
AccessBank QSC WEB Application Firewall üzrə tender elan edir ®
Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu
Start-up nədir?
Biznes təlimlər və tədris üsulları
Onlayn biznes növləri
Bitcoin necə işləyir?
Ən çox soruşulan müsahibə sualları hansılardır?