Türk Lirəsi valyutasında Bankkart artıq VİSA Platinum növündə

Türk Lirəsi valyutasında Bankkart artıq VİSA Platinum növündə®Ziraat Bank Azərbaycan, müştərilərinə daha geniş imkanlar təqdim etmək üçün Türk Lirəsi valyutasında Bankkart Visa Platinum kartını istifadəyə təqdim edib. Yeni kart, xüsusilə Türkiyəyə tez-tez səfər edən, onlayn alış-veriş edən və ödənişlərdə rahatlıq axtaran müştərilər üçün nəzərdə tutulub.
Yeni Bankkart Visa Platinum TL sahibləri bütün ödənişlərini birbaşa Türk Lirəsi ilə həyata keçirə biləcək və bununla da əlavə konvertasiya komissiyalarından azad olacaqlar. Bundan əlavə, Ziraat Bank Türkiyə ATM-lərindən sərfəli şəkildə nağd vəsait çıxarmaq imkanı əldə edəcəklər.
Bankkart Visa Platinum TL, yalnız bir ödəniş kartı deyil, həm də premium üstünlüklər təqdim edən bir məhsuldur. Kart sahibləri üçün Visa Konsyerj Xidməti çərçivəsində aşağıdakı imkanlar təqdim olunur:
Dünyanın istənilən nöqtəsində otel və restoran rezervasiyası
Tədbir biletlərinin alınması, 
Avtomobil icarəsi və hava limanı transfer xidmətləri,
Hava limanlarında Fast Track və Fast Line xidmətləri vasitəsilə vaxt itkisinin qarşısının alınması.
Bundan əlavə, Türkiyəyə səyahət edən müştərilər üçün yeni Bankkart Visa Platinum TL pulsuz rouminq xidməti, səhiyyə xərclərində endirimlər və digər eksklüziv imkanlar da təqdim edir.
Kartı əldə etmək üçün müştərilər onlayn müraciət edə və ya şəxsiyyət vəsiqəsi ilə Ziraat Bank Azərbaycan filiallarına yaxınlaşa bilərlər. Yeni Bankkart Visa Platinum TL, 1, 3 və 5 illik müddətə təqdim olunur.
Bununla yanaşı, Bankkart VİSA Klassik kartının da tariflərində bank tərəfindən dəyişikliklər edilib. Müştərilər artıq bu kartı da 1, 3 və 5 illik müddətə əldə edə bilərlər.
Ziraat Bank Azərbaycan tərəfindən bildirilən məlumata əsasən, bank, müştərilərinin tələblərinə uyğun innovativ həllər təqdim etməyə davam edəcək.
"Ziraat Bank Azərbaycan" ASC Türkiyə Respublikasına məxsus, 161 illik tarixə malik olan "Ziraat Maliyyə Qrupu"nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən ümumi 10 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın  Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.  / banker.az

Banklar     Tarix: 19 fevral 2025

Oxşar xəbərlər

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc


iqtisadi xeberler en son xeberler birbank online pul qazanmaq bitkoin