Türk lirəsinin dollar qarşısında ucuzlaşması sürətlənib - YENİ REKORD
Türk lirəsinin (TL) dollar qarşısında ucuzlaşması sürətlənib və Dollar/TL məzənnəsində rekord yenilənib.
Marja xəbər verir ki, günə yüksəlişlə başlayan Dollar/TL məzənnəsi axşam saatlarında 18.50 səviyyəsini də keçərək 18,5132 səviyyəsini görüb.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Əsasən, Türkiyə Mərkəzi Bankın faiz endirməsi, qlobal bazarlarda dolların bahalaşması ilə əlaqədar olaraq Türk Lirəsi dəyər itirir.
Türk Lirəsi aprelin sonundan bu yana 20%, ilin əvvəlindən 28,6%, son bir ildə isə 54,6% dəyər itirib. Ötən il türk lirəsi 40 faizdən çox dəyərini itirib.
Qlobal bazarlarda dollar rubl kimi bir-iki valyuta istisna olmaqla, demək olar ki, bütün dünya valyutaları qarşısında dəyər qazanır.
Dollar indeksi dünən 114,58 ilə 2002-ci ilin mayından bu yana ən yüksək səviyyəsinə çatıb. Funt 1,0327 dollara qədər tarixi minimuma düşdüyü halda, avro dollar qarşısında son 20 ilin ən aşağı səviyyəsini görüb.
Qlobal böhran narahatlıqları mərkəzi bankların faiz artırmalar ilə güclənib, xüsusən də Avropada enerji təchizatı problemləri narahatlıqları artırır. İxracının təxminən yarısını Avropa ittifaqına həyata keçirən Türkiyə bazarında Avropa iqtisadiyyatının vəziyyəti və məhsullara tələbi diqqətlə izlənilir. / marja.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Dünyanın əh bahalı brendləri - TOP-10
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Whatsapp biznesin üstünlükləri nələrdir?
SMM nədir?
"Freelance" nədir?