Türkiyə kapitallı bank Azərbaycanda gəlirlərini artırıb - MALİYYƏ VƏZİYYƏTİ

Türkiyə kapitallı bank Azərbaycanda gəlirlərini artırıb - MALİYYƏ VƏZİYYƏTİ"Yapı Kredi Bank Azərbaycan" QSC 2022-ci ilin 9 ayını (yanvar - sentyabr) 391 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 746 min manat xalis zərər ilə bağlamışdı. Ötən il xalis zərər mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırma ilə əlaqədar idi. Cari ildə Bankın gəlirləri artdığından əməliyyat mənfəəti yaranıb.
Marja.az xəbər verir ki, 2021-ci ilin 9 ayı ilə müqayisədə 2022-ci ilin 9 ayında"Yapı Kredi Bank Azərbaycan"ın faiz gəlirləri 1 milyon 605 min min manat və ya 9,5% artaraq 18 milyon 533 min manat, qeyri-faiz gəlirləri isə 3 milyon 393 min manat və ya 34% artaraq 13 milyon 393 min manat təşkil edib. 
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
2021-ci ilin 9 ayı ilə müqayisədə 2022-ci ilin 9 ayında "Yapı Kredi Bank Azərbaycan"ın faiz xərcləri 505 min manat və ya 50% arataraq 1 milyon 514 min manat, qeyri-faiz xərcləri isə 1 milyon 667 min manat  və ya 7,9% artaraq 22 milyon 781 min manat təşkil edib. 
Beləliklə, Bankın əməliyyat gəlirlərinin 4 milyon 998 min manat artmasına qarşılıq əməliyyat xərcləri 2 milyon 172 min manat artıb. Yəni, gəlirlərdəki artımın 44%-ni xərclərdəki artım silib. Nəticədə, Bankın əməliyyat mənfəətində 2 milyon 826 min manat və ya 59% artım baş verib. 
2022-ci ilin 9 ayında "Yapı Kredi Bank Azərbaycan"ın cəmi əməliyyat gəlirləri 31 milyon 926 min manat, cəmi əməliyyat xərcləri 24 milyon 295 min manat, əməliyyat mənfəəti 7 milyon 631 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 6 milyon 755 min manat mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırıb və 484 min manat mənfəət vergisi ödəyib. 
Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin 9 ayında "Yapı Kredi Bank Azərbaycan"ın cəmi əməliyyat gəlirləri 26 milyon 928 min manat, cəmi əməliyyat xərcləri 22 milyon 123 min manat, əməliyyat mənfəəti 4 milyon 805 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətindən 5 milyon 89 min manat mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırmışdı və 463 min manat mənfəət vergisi ödəmişdi.
MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
2021-ci ilin sonu ilə müqayisədə, cari ilin 9 ayında "Yapı Kredi Bank Azərbaycan"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 44 milyon 35 min manat və ya 25,2% artaraq 218 milyon 948 min manata çatıb. Bank 30 Sentyabr 2022-ci il tarixində 379 milyon 565 min manat cəmi aktivlərə malik olub. Hüquqi şəxslərin hesablarındakı vəsaitlərinin azalması nağd pul vəsaitlərinin də azalması ilə Bankın cəmi aktivlərinə təsir edib.
2022-ci ilin 9 ayı ərzində "Yapı Kredi Bank Azərbaycan"ın biznes kreditləri portfeli 38 milyon 212 min manat artaraq 155 milyon 467 min manata, istehlak kreditləri portfeli 2 milyon 760 min manat artaraq 42 milyon 911 min manata, ipoteka kreditləri portfeli isə 3 milyon 64 min manat artataq 20 milyon 570 min manta çatıb.
MƏCMU KAPİTALI ARTIB
30 Sentyabr 2022-ci il tarixində "Yapı Kredi Bank Azərbaycan" 75 milyon 120 min manat məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 74 milyon 316 min manat məcmu kapitala malik idi. Bankın I dərəcəli kapitalın adekvatlıq əmsalı 30.70% (norma 5%), məcmu kapitalın adekvatlıq əmsalı 31.91% (norma 10%) və leverec əmsalı 18.17% təşkil edib. 
Türkiyə kapitallı bank Azərbaycanda gəlirlərini artırıb - MALİYYƏ VƏZİYYƏTİTürkiyə kapitallı bank Azərbaycanda gəlirlərini artırıb - MALİYYƏ VƏZİYYƏTİTürkiyə kapitallı bank Azərbaycanda gəlirlərini artırıb - MALİYYƏ VƏZİYYƏTİ

Banklar     Tarix: 24 oktyabr 2022

Oxşar xəbərlər

Sədr müavini: "PAŞA Bank"ın hər hansı bankı almaq planı yoxdur

"PAŞA Bank"ın hazırda Azərbaycanda hər hansı bankı almaq planı yoxdur. Bunu "PAŞA Bank"ın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev bankın 2026-cı ilin ilk yarısının nəticələrinə həsr olunan mətbua

"Bank Respublika"da növbədənkənar yığıncaq keçiriləcək

"Bank Respublika" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 19 oktyabr 2026-cı il saat 12:00-da Bankın Bakı şəhəri, Xaqani küçəsi 21 ünvanında yerləşən Baş Ofisində keçiriləcək

"Yapı Kredi Bank Azərbaycan" Hüquq Büro xidmətini satın alır - TENDER ®

"Yapı Kredi Bank Azərbaycan" QSC Hüquq Büro xidmətinin alımı üçün tender açıq elan edir. Tenderə müraciət edilməsi üçün şikrətlər aşağıdakı şərtlərə uyğun gəlməli və qeyd edilən sənədləri qapalı zərfdə "Yap

Türk İnkişaf Bankı yaradıla bilər

Türk dövlətləri üçün ortaq İnkişaf Bankının layihəsi hazırlanıb. xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, Türk Dövlətləri ilə Əlaqələr üzrə rəhbər, paytaxt Ankaradan millə

Bank Respublika sahibkarlara "FAİZSİZ 100 GÜN" kampaniyasına start verib

Biznes sahibləri üçün yeni fürsət – kredit müddətinin son 100 günü faizsiz!. Ölkəmizdə sahibkarlığın inkişafına xüsusi önəm verən Bank Respublika, sahibkarların maliyyə imkanlarını genişləndirmək və bizneslərinin inkişafın

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

Milli Depozit Mərkəzi ilk dəfə unikal bank səhmdarlarının sayını açıqlayıb. Bu barədə sorğusuna cavab olaraq qurumdan bildirilib. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Məlumata görə, hazırda 41 102 fizik

Rabitəbank 32-ci filialını Bakıxanovda açdı

Rabitəbank filial şəbəkəsini genişləndirərək müştərilərinə daha yaxın olmaq və bank xidmətlərinə əlçatanlığı artırmaq istiqamətində növbəti addım atıb. Bankın sayca 32-ci filialı Bakı şəhəri, Sabunçu rayonunda yerləşən "Bakıxano

BOKT-un maliyyə nəticələrində güclü artım

BOKT "EMBAFİNANS" QSC 2026-cı ilin ilk 6 ayını (yanvar - iyun) 6 milyon 684,6 min manat xalis mənfəətlə başa vurub. şirkətin baza emissiya prospektinə əlavə edilmiş 2026-cı ilin yanvar-iyun ayları üzrə maliyyə hesabatların

"Yelo Bank"da çalışanların sayı açıqlandı

"Yelo Bank" ASC 2026-cı ilin II rübünün yekunlarına əsasən işçi heyətinin dinamikasını açıqlayıb. bu barədə bankın yarımillik hesabatına istinadən xəbər verir. 2026-cı ilin martın 31-nə olan məlumata əsasən bankd


iqtisadi xeberler en son xeberler bu gunun xeberleri rubl mezenne pul qazanmaq