Türkiyə Mərkəz Bankı faiz qərarını açıqladı
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) iyun ayı üzrə faiz qərarını açıqlayıb.
Marja xəbər verir ki, Bank uçot dərəcəsini dəyişməyərək 46 faiz səviyyəsində saxlayıb.
Bankın İdarə Heyəti Mərkəzi Bankın bir gecəlik borcvermə dərəcəsini 49 faiz, bir gecəlik borclanma faizini isə 44,5 faiz səviyyəsində saxlayıb.
İqtisadçılar da TCMB-nin faizini 46 faiz səviyyəsində sabit saxlayacağını gözləyirdilər.
TCMB aprel ayında uçot dərəcəsini 42,5 faizdən 46 faizə qaldırmağa qərar vermişdi. İdarə Heyəti bir gecəlik borcvermə faizini 46 faizdən 49 faizə, bir gecəlik borclanma faizini isə 41 faizdən 44,5 faizə qaldırmışdı.
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) əsas faiz dərəcəsi və faiz dəhlizində heç bir dəyişiklik etməsə də, inflyasiyanın və tələbin əsas meylinin azaldığına diqqət çəkib. Bank "İnflyasiyanın əhəmiyyətli və qalıcı şəkildə pisləşməsi halında" atılacaq addımlarla bağlı qərar mətnində də dəyişiklik edib.
Qərar mətnində inflyasiyanın əsas meylinin may ayında azaldığı bildirilib, aparıcı məlumatların əsas tendensiyanın iyun ayında da davam etdiyinə işarə etdiyi qeyd edilib.
İkinci rübün məlumatlarının daxili tələbin yavaşladığını göstərdiyi vurğulansa da, geosiyasi proseslərin və qlobal ticarətdə artan proteksionizmin inflyasiya prosesinə mümkün təsirlərinin də yaxından izləndiyi bildirilib. / marja.az

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun
Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq
AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur
"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Dünyanın ən varlı 10 müğənnisi
Biznesə aid ən yaxşı 10 kitab
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Biznes planı necə yazmaq lazımdır?