"Türkiyə Mərkəzi Bankı faiz endirimini 2025-ci ilə təxirə sala bilər"

Sentyabr ayı inflyasiya məlumatlarından sonra bir sıra xarici qurumlar - UBS, BBVA və Barclays Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) faiz endirimi gözləntiləri ilə bağlı yeni hesabatlar dərc ediblər.
Marja xəbər verir ki, UBS, TCMB-nin noyabr ayında faiz endiriminə başlayacağını gözlədiyi halda, risklər artarsa bu qərarın 2025-ci ilə qədər uzana biləcəyini açıqlayıb.
UBS-in iqtisadçısı Gyorgy Kovacs, "Dezinflyasiya prosesində daha qeyri-müəyyən vəziyyət yaranıb. Noyabr ayında gözlənilən 0,25 faiz bəndi faiz endirimi 2025-ci ilə təxirə salına bilər",- deyib. 
BBVA isə Türkiyədə aylıq inflyasiyanın gözləniləndən yüksək olması səbəbindən ilk faiz endirimi tarixi barədə proqnozunu dekabr ayına keçirib. Bank "TCMB-nin ilin sonuna inflyasiya gözləntisi 43%-ə düşsə də, bu, ehtiyatlı faiz endirimi üçün məhdud yer yaradır" kimi qiymətləndirib.
Barclays, oktyabr ayı inflyasiya məlumatları proqnozlardan yuxarı olarsa, ilk faiz endirimin 2024-cü ilin sonu və ya 2025-ci ilə təxirə salına biləcəyini vurğulayıb.
Türkiyədə inflyasiya 50 faizdən aşağı düşüb
Dünən Türkiyə Statistika Təşkilatı (TÜİK) sentyabr ayı inflyasiya məlumatlarını açıqlayıb.
Marja xəbər verir ki, məlumatlar ölkədə illik inflyasiyanın 50 faizdən aşağı düşdüyünü göstərib. Beləliklə, illik inflyasiya son üç ildə ilk dəfə olaraq Mərkəzi Bankın pul siyasəti faizindən (hazırda 50%) aşağı düşüb.
TÜİK-in məlumatına görə, istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) sentyabr ayında ötən ilin sentyabr ayı ilə müqayisədə 49,38 faiz artıb. Sentyabrda aylıq inflyasiya isə 2,97 faiz olub (avqust ayı ilə müqayisədə sentyabrda qiymət artımı 2,97 faiz təşkil edib).
İllik baza inflyasiyada yavaşlama sentyabr ayında da davam edib. İllik baza inflyasiya 49,10%, aylıq baza inflyasiyası 3,57 faiz təşkil edib. / marja.az

Maliyyə     Tarix: 04 oktyabr 2024

Oxşar xəbərlər

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Maliyyə Nazirliyi büdcə proqnozunu yenilədi: ilin sonunda kəsir 1,5 milyard manata düşə bilər

Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin təsdiqlənmiş göstəricidən 756 milyon manat çox, xərclərinin isə 841 milyon manat az olacağı gözlənilir. Nəticədə ilin sonuna dövlət büdcəsinin kəsirinin təsdiqlənmi

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

Azərbaycan iqtisadiyyatı 1,4% böyüyüb, istehlak qiymətləri 5,7% artıb

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Ölkə iqtisadiyyatı real ifadədə 1,4% böyüyüb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisad

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb

Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn


iqtisadi xeberler investisiya bu gunun xeberleri 1000 manatla biznes birbank