Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı

Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladıTürkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) faiz qərarının açıqladı.
Marja.az xəbər verir ki, TCMB əsas faizini 2,5 faiz bəndi azaldaraq 43 faizdən 40,5 faizə endirib.
Mart ayından sonra ilk dəfə iyul ayında faiz endiriminə gedən Mərkəzi Bank, bununla da sentyabr ayında da faiz endirimini davam etdirib.
Uzun bir fasilədən sonra ilk dəfə mart ayında faiz endirimi siqnalı verən Mərkəzi Bank, iyul ayında 3 faiz bəndi endirim edərək faizi 43 faizə salmışdı. Bu günkü qərar isə iyuldan sonrakı ikinci faiz endirimidir.

Əsas proqnozlar
Bloomberg HT-nin sorğusunda iştirak edən iqtisadçıların gözləntisi, faiz dərəcəsinin 2,5 baza bənd azaldılaraq 40,50 faiz səviyyəsinə endirilməsi istiqamətində olmuşdu.
AA Finans-ın 26 iqtisadçı ilə keçirdiyi sorğuda sentyabr ayı üçün orta proqnoz 2 faiz bəndi faiz endirim olacağı yönündə idi.
Reuters-in sorğusunda isə ilin sonuna qədər faiz endirimlərinin davam edəcəyi və pul siyasəti faizinin 36 faiz səviyyəsinə qədər endirilə biləcəyi proqnozlaşdırılır. 
Goldman Sachs, güclü iqtisadi artım və yüksək inflyasiyaya baxmayaraq TCMB-nin 2 faiz bəndi endirim edəcəyini təxmin etmişdi.
JP Morgan isə endirimin gözləntilərdən aşağı qala biləcəyini iddia etmişdi.  
TCMB-nin press-relizində aşağıdakı ifadələr yer alıb:
Pul Siyasəti Komitəsi, siyasət faizi olan bir həftəlik repo hərracı faiz dərəcəsinin 43 faizdən 40,5 faizə endirilməsinə qərar verib. Komitə həmçinin Mərkəzi Bankın gecəlik borcvermə faiz dərəcəsini 46 faizdən 43,5 faizə, gecəlik borclanma faiz dərəcəsini isə 41,5 faizdən 39 faizə endirib.
Avqust ayında inflyasiyanın əsas meyli zəifləyib. İkinci rübdə iqtisadi artım proqnozları üstələsə də, daxili tələbin zəif davam etdiyi qiymətləndirilir. Son dövrə dair göstəricilər tələb şərtlərinin dezinflasiyaya uyğun səviyyədə olduğunu göstərir. Qida qiymətləri və inersiyası yüksək olan xidmət sahələri inflyasiya üzərində yuxarı yönlü təzyiqləri "canlı" saxlayır. İnflyasiya gözləntiləri, qiymət davranışları və qlobal proseslər dezinflasiya prosesi baxımından risk amili olaraq qalmaqdadır.
Qiymət sabitliyi təmin olunana qədər davam etdiriləcək sərt pul siyasəti mövqeyi tələb, məzənnə və gözlənti kanalları vasitəsilə dezinflasiya prosesini gücləndirəcək. Ortamüddətli Proqramda nəzərdə tutulan makroiqtisadi çərçivə bu prosesə dəstək verəcək. Komitə, siyasət faizinə dair atılacaq addımları — inflyasiya göstəricilərini, əsas meylləri və gözləntiləri nəzərə alaraq, aralıq hədəflərlə uyğun şəkildə dezinflasiyanın tələb etdiyi sərtliyi təmin edəcək formada müəyyən edəcək. Addımların ölçüsü, inflyasiya mənzərəsinə fokuslanaraq, iclasdan iclasa və ehtiyatlı yanaşma ilə nəzərdən keçiriləcək. İnflyasiya mənzərəsinin aralıq hədəflərdən ciddi şəkildə uzaqlaşması halında pul siyasəti mövqeyi sərtləşdiriləcək.
Kredit və depozit bazarlarında gözlənilməyən inkişaflar baş verərsə, pul ötürmə mexanizmi əlavə makro-ehtiyat tədbirlərlə dəstəklənəcək. Likvidlik şərtləri yaxından izlənəcək və likvidlik idarəetmə alətləri effektiv şəkildə istifadə olunmağa davam ediləcək.

Maliyyə     Tarix: 12 sentyabr 2025

Oxşar xəbərlər

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ


iqtisadi xeberler kicik biznes dollar mezenne dollar məzənnəsi valyuta kurslari