Türkiyənin Azərbaycanın qeyri-neft sektoruna yatırdığı investisiyaların həcmi açıqlanıb

Türkiyənin Azərbaycanın qeyri-neft sektoruna yatırdığı investisiyaların həcmi açıqlanıb1995–2024-cü illər ərzində Türkiyədən Azərbaycanın qeyri-neft sektoruna yatırılan birbaşa xarici investisiyaların ümumi dəyəri 4,5 milyard ABŞ dolları təşkil edib.
FED.az xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev "Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi"nin (TÜİB) 6-cı dönəm seçkili ümumi yığıncağında bildirib.
Y.Abdullayev vurğulayıb ki, AZPROMO Türkiyənin bir sıra nüfuzlu iş adamları təşkilatları ilə sıx əməkdaşlıq edir. Bunlara TÜİB, DEİK (Türkiyənin Xarici İqtisadi Əlaqələr Qurumu), TOBB (Türkiyə Odalar və Borsalar Birliyi), TİM (Türkiyə İxracatçılar Məclisi), MÜSİAD (Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi), İSİFED (İstanbul Sənayeçi və İş Adamları Dərnəkləri Federasiyası) və digər qurumlar daxildir.
"Bu tərəfdaşlarla mütəmadi olaraq birgə tədbirlər, B2B görüşlər təşkil olunur, biznes dialoqunun inkişafına töhfə verilir.
Belə ki, 2024-cü ilin may ayında Ankara şəhərində AZPROMO-nun dəstəyi, DEİK və TOBB-un təşkilatçılığı ilə Türkiyə-Azərbaycan biznes forumu keçirilib. Tədbir çərçivəsində AZPROMO və TOBB arasında Anlaşma Memorandumu imzalanıb", - Y.Abdullayev bildirib.
O əlavə edib ki, həmçinin bu ilin yanvar ayında TOBB ilə birgə Türkiyə-Azərbaycan-Özbəkistan biznes forumu təşkil edilib. Tədbirdə hər üç ölkədən 200-dən çox sahibkar iştirak edib.
AZPROMO-nun rəhbəri xarici investorlar üçün "vahid pəncərə" prinsipinin tətbiqini qeyd edib: "Bunun hesabına investorlar ölkə ilə ilkin tanışlıq mərhələsindən başlayaraq, müvafiq dövlət qurumları ilə əlaqələndirmə, yerli tərəfdaşların tapılması və müəssisələrin yaradılmasına qədər geniş spektrli xidmətlərlə təmin olunur".
Agentlik, eyni zamanda, Azərbaycanın qeyri-neft ixracının stimullaşdırılması məqsədilə müxtəlif təşviq mexanizmlərindən istifadə edir və yerli şirkətlərin beynəlxalq bazarlara çıxışını, orada davamlı mövqe qazanmasını dəstəkləyir, Y.Abdullayev qeyd edib. (Report)

İnvestisiya     Tarix: 30 may 2025

Oxşar xəbərlər

Azərbaycan İnvestisiya Forumunda - 10,8 milyardlıq 23 sənəd imzalandı

Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu başa çatıb, tədbir çərçivəsində beynəlxalq investorlar və tərəfdaş şirkətlərlə ümumi dəyəri 10,8 milyard ABŞ dolları olan investisiya layihələrini əhatə edə

Dövlət Azərbaycanın və xalqın mənafelərinə zərər vuran biznesi investordan alacaq

Milli maraqlara zidd olan müstəsna hallarda strateji investisiyalar dövlət tərəfindən alınacaq.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "İnvestisiy

İlham Əliyev "Neuberger Berman" şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib

Sentyabrın 25-də Azərbaycan  Prezidenti İlham Əliyev dünyanın aparıcı investisiya şirkətlərindən olan "Neuberger Berman"ın sədri və baş icraçı direktoru Corc Volkeri qəbul edib. xəbər verir ki, söhbət zamanı Preziden

Ticarət naziri: Böyük Britaniya şirkətlərinin Qarabağa investisiya qoymasını istəyirik

Böyük Britaniya şirkətlərinin Qarabağda fəaliyyət göstərməsi və investisiya yatırması üçün imkanlar mövcuddur. xəbər verir ki, bunu Böyük Britaniyanın ticarət üzrə dövlət naziri Lord Anas Sarvar Bakıda jurnalistlərin sualların

Azərbaycanda əsas kapitala investisiya qoyuluşu 11%-ə yaxın artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala 14 milyard 688,6 milyon manat məbləğində investisiya yönəldilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu götərici ötən ilin müvafiq dövrü il

Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb

"Gürcüstanla əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasət prioritetlərindən biridir. Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu dostluq və mehriban qonşuluq şəraitində yaşayıblar". Azərbaycanda

Norveçdən Azərbaycana yatırılan investisiyalar - 34 DƏFƏDƏN ÇOX AZALIB

Norveçdən Azərbaycana yatırılan investisiyaların həcmində kəskin azalma baş verib. biznes və maliyyə xəbərləri portalı bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Cari ildə bu ölkədən cəmi 2 milyon 990 min dolla

Bu il qeyri-neft-qaz sektoruna yatırılan investisiyaların həcmi 6%-ə yaxın artıb

Bu ilin yanvar-iyun aylarında əsas kapitala 9 milyard 295,2 milyon manat məbləğində investisiya yönəldilib. Azərbaycana ən çox investisiya edən ölkələr açıqlanıb.  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, b

Ölkə iqtisadiyyatına investisiya qoyuluşu 15% artıb

2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda əsas kapitala 4 milyard 049,8 milyon manat investisiya yönəldilib. Azərbaycana ən çox investisiya edən ölkələr açıqlanıb.  biznes və maliyyə xəbərləri portalı bu barədə Dövlə


iqtisadi xeberler bitkoin qiymeti biznes xeberleri telefonla pul qazanmaq internetden pul qazanmaq