"Türkiyənin şirkətləri Azərbaycanda 21 milyard dollarlıq 552 layihə icra ediblər"
İndiyə qədər Türkiyənin podratçı şirkətləri Azərbaycanda 21 milyard ABŞ dolları dəyərində 552 layihə icra ediblər.
Azərbaycanda fəaliyyət göstərən Türkiyə şirkətlərinin sayı açıqlanıb
FED.az xəbər verir ki, bunu Türkiyənin ticarət nazirinin müavini Mahmut Gürcan "Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri" (TÜİB) İctimai Birliyinin 6-cı dönəm Seçkili Ümumi Yığıncağında bildirib.
Onun sözlərinə görə, Türkiyənin Azərbaycandakı birbaşa və üçüncü ölkələr vasitəsilə həyata keçirdiyi investisiyalarının ümumi dəyəri 17 milyard ABŞ dollarına yaxınlaşır: "Azərbaycan isə Türkiyəyə 21 milyard ABŞ dolları investisiya yatırıb".
Nazir müavini qeyd edib ki, ölkələr arasındakı əməkdaşlıq yalnız ikitərəfli səviyyədə deyil, həm də regional və beynəlxalq təşkilatlarda da öz əksini tapıb:"Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası üçün əhəmiyyətli addım olan Ümumdünya Ticarət Təşkilatına üzvlüyünə Türkiyə tam şəkildə dəstək göstərir. Bundan sonra da hərtərəfli dəstək verməyə hazırıq". (Report)

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Biznes təlimlər və tədris üsulları
Ev şəraitində pul qazanmağın yolları
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Dünyada ən çox oxunan 5 kitab