"Ucuz damazlıq yumurta və 1 günlük cücələrin idxalı yerli təsərrüfatların sıradan çıxmasına səbəb ola bilər"

"Azərbaycan dövləti quşçuluq sektorunda yerli istehsalçıları ucuz idxalın mənfi təsirlərindən qorumaq üçün bir sıra mühüm addımlar atıb".
Azərbaycanda broyler şirkətləri toyuq ətinin ucuzlaşdığını - ELAN ETDİ - QİYMƏTLƏR
FED.az xəbər verir ki, bu, Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, bu addımlardan biri 2016-cı ildən etibarən ölkəmizə xarici ölkələrdən (MDB üzvü olanlar istisna edilməklə) toyuq əti və yumurta idxalına, 2018-ci ildən isə damazlıq yumurta idxalına əlavə rüsumlar tətbiq olunmasıdır. Nazirlər Kabinetinin bununla bağlı qərarı 2023-cü ilin dekabrına qədər qüvvədə olacaq.
Assosiasiyanın yaydığı məlumatda bildirilir ki, son zamanlar ölkəmizin damazlıq yumurta və ətlik istiqamətli 1 günlük cücə istehsalçıları üçün çox böyük risklər yaranıb.
Belə ki, yumurta idxalına tətbiq olunan əlavə rüsumlar MDB ölkələrindən idxala şamil olunmur. Bu məqamdan yararlanan bir sıra şəxslər  son aylarda Azərbaycana əsasən Türkiyədən olmaqla, lakin Gürcüstan məhsulu adı ilə böyük həcmdə ucuz damazlıq yumurta idxal edirlər.
"Məsələn, bizim araşdırmalarımıza əsasən Gürcüstan əsilli Tamaz Tsikarişvili  "LTD Sabudara" firmasını yaradıb. Firma cəmi 50 min ana toyuqdan ibarət istehsal potensialına malikdir ki, bu da ən yaxşı halda ildə 5 milyon ədəd damazlıq yumurta istehsalına imkan verir. T.Tsikarişvili Türkiyədən ucuz qiymətə damazlıq yumurta alaraq, onu Gürcüstandakı müəsissəsinin məhsulu kimi rəsmiləşdirir, daha sonra onu Azərbaycana reixrac edir. Araşdırmalarımız göstərir ki, Tamaz Tsikarişvili Türkiyədən damazlıq yumurtanı aldıqdan 1-2 gün sonra Gürcüstandan eyni sayda yumurtanın Azərbaycana ixracı həyata keçirilir. 
Bundan əlavə, ölkəmizə yenə də Gürcüstan məhsulu adı altında külli miqdarda ətlik istiqamətli 1 günlük cücələr (çəkisi 180 qrama qədər olanlar) idxal olunmağa başlayıb.  Türkiyənin "Hastavuk" şirkəti MDB ölkələrindən mal və məhsul idxalına əlavə rüsum tətbiq olunmaması amilindən yararlanaraq Azərbaycana külli miqdarda 1 günlük cücələrin Gürcüstan vasitəsilə idxalını təşkil edir. Bu şirkət 2022-ci ilin aprelində Gürcüstanda bir müəssisə yaradıb, Türkiyədən gətirilən damazlıq yumurtalardan əldə edilən cücələri Gürcüstan malı kimi ölkəmizə idxal edir. 
Damazlıq yumurta və ətlik istiqamətli cücə istehsalı Azərbaycanda yeni-yeni inkişaf mərhələsinə qədəm qoyan sahələrdən biridir. Bu baxımdan, təsərrüfatlar xarici təzyiqlərə həssasdırlar. Gürcüstan üzərindən Türkiyədən ölkəmizə damazlıq yumurta və ətlik istiqamətli 1 günlük cücələrin kütləvi idxalının davam etməsi tezliklə yerli təsərrüfatların fəaliyyətinin pisləşməsinə, onların sıradan çıxmasına səbəb ola bilər. Biz ölkəmizin quşçuluq müəssisələrini damazlıq yumurta ilə tam təmin etmək potensialına malikik.
Qardaş Türkiyə ilə ölkəmiz arasında münasibətlərin strateji əhəmiyyətini qeyd etməyə ehtiyac yoxdur. Lakin ölkəmizdə sürətlə inkişaf edən bir sahənin Türkiyə şirkətinin bazarı tam ələ keçirmək istəyi ilə sıradan çıxarılmasına yol vermək Azərbaycanın ərzaq təhlükəsizliyinə böyük təhdid yarada bilər. 
Bundan əlavə, xaricdə fərqli peyvənd rejimində istehsal olunan yumurtaların, onlardan alınan cücələrin ölkəyə idxalı müxtəlif xəstəliklərin yayılması risklərini qat-qat artırır.
Bütün bunları nəzərə alaraq Assosiasiya Azərbaycanın müvafiq dövlət qurumlarına ölkəyə Gürcüstan üzərindən damazlıq yumurta və ətlik istiqamətli 1 günlük cücə idxalının qarşısının alınması üçün müraciət edib. İnanırıq ki, Azərbaycan dövləti yerli istehsalçıları qeyri-sağlam rəqabətdən qorumaq, ölkənin ərzaq təhlükəsizliyini təmin etmək üçün zəruri addımları atacaq".
Assosiasiya qeyd edib ki, 1 günlük cücələr (çəkisi 180 qrama qədər olan) iki qrupa ayrılır – kəsim üçün, yəni ətlik məqsədli yetişdirilənlər; yumurta verən ana sürüsünün formalaşdırılması üçün yetişdirilənlər. Hər qrup cücələr fərqli gömrük kodu ilə idxal edilir. Azərbaycanda yumurta verən toyuq sürüsünün formalaşdırılması üçün cücələrin istehsalı mövcud olmadığına görə ehtiyac tamamilə idxal hesabına qarşılanır. Lakin ətlik məqsədli cücə istehsalı potensialı ölkənin ehtiyacını tam qarşılayacaq səviyyədədir.

Biznes     Tarix: 29 dekabr 2022

Oxşar xəbərlər

Tenderyard Azərbaycanda alış-satışa yeni yanaşma - TƏQDİM EDİR

Azərbaycanda rəqəmsal ticarət imkanları genişləndikcə alıcı və satıcıların bir-biri ilə daha rahat əlaqə qurmasına imkan verən platformalara maraq artır.  xəbər verir ki, bu istiqamətdə fəaliyyət göstərənTenderyard.com alı

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub

"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-c

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib

Nazirlər Kabineti 4 iyun 2019-cu il tarixli "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməs

Bakıda Almaniya-Azərbaycan biznes konfransı keçiriləcək

Oktyabrın 27-də Bakıda qida emalı və qablaşdırma avadanlıqları sahəsində ixtisaslaşmış Almaniya şirkətlərinin nümayəndə heyətinin iştirakı ilə Almaniya-Azərbaycan biznes konfransı və fərdi işgüzar görüşlər keçiriləcək. xəbə

Azərbaycanda restoranların dövriyyəsi 8% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 309,8 milyon manat olub. Bakıda məşhur restoran fəaliyyətini dayandırdı. bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir

Pampers 23 milyard dollar qazanıb

ABŞ-ın istehlak malları istehsalçısı "Procter & Gamble" (P&G) şirkətinin 2027-ci maliyyə ilinin birinci rübündə satışları illik müqayisədə 4% artaraq 23,3 milyard dollara çatıb. Şirkətin maliyyə nəticələr

Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qazax-Tovuz regional bölməsinın əməkdaşları tərəfindən Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, "Həbibli-1" MMC-yə məxsus bazarda yoxlama keçirilib. "Qızı

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını


iqtisadi xeberler rubl mezenne dollar kursu dollarin kursu bu gun kripto