Uhanda yenidən karantin elan olundu
COVID-19 virusuna insanlar arasında ilk yoluxmaların aşkarlandığı Çinin Hubey vilayətinin paytaxtı Uhan şəhərində yenidən karantin elan olunub.
Bu barədə "Global Times" qəzeti məlumat yayıb. Uhanın Ciansia rayonunda COVID-19 virusuna 4 yoluxmanın aşkarlanmasından sonra şəhər hökuməti rayon ərazisində epidemik mübarizə tədbirlərini üç gün müddətinə gücləndirmək barədə qərar qəbul edib. Bu, Uhanda il ərzində epidemiya ilə sərt mübarizə tədbirlərinin ilk tətbiqidir.
Qeyd edək ki, təxminən 11 milyon əhalisi olan Uhan 2020-ci ilin əvvəlindəki COVID-19 böhranı dövründə 76 günlük sərt qapanma dövrü yaşayıb. Bu, dünyada bir şəhər üçün ən uzun müddət sərt qapanma kimi tarixə düşüb.
Cari il martın əvvəlindən etibarən paytaxt Pekin də daxil olmaqla, Çinin bir neçə yaşayış məntəqələrində virusa yoluxma hallarının artması fonunda sərt qapanma rejimi, Çinin işgüzar mərkəzi Şanxayda isə 2 ay müddətinə tam qapanma tətbiq olunub.

ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
Yük sığortası üzrə ödənişlər 53% artıb
Azərbaycan banklarının xalis mənfəəti 1 milyard manata yaxınlaşdı – 8 ayda 23%-lik artım
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
Bitcoin necə işləyir?
Biznes təlimlər və tədris üsulları
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Kriptovalyuta nədir və necə alınır?
Evdə biznes qurmağın yolları