Ukrayna İlan adasının işğaldan azad olunması sayəsində taxıl ixracını artırır
Son 4 gündə Ukraynanın 16 ticarət gəmisi Bistre məshəbinin kanalından keçib. Onlar taxılla yüklənməni gözləyirlər.
Bu barədə ölkənin İnfrastruktur Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Bistrenin məshəbindən Ukraynanın Dunay limanlarına ("İzmail", "Reni" və "Ust-Dunaysk") keçid İlan adasının işğaldan azad edilməsi sayəsində mümkün olub.
Əvvəllər Ukraynanın Dunay limanlarında yük daşıyan gəmilər yeganə yoldan – Rumıniyada yerləşən Sulina kanalından istifadə etmək məcburiyyətində qalırdılar.
Ukraynanın infrastruktur nazirinin müavini Yuri Vaskov vurğulayıb edib ki, Sulina kanalının tutumu Dunay limanlarına gündə ən azı səkkiz gəmi lazım olduğu halda cəmi 4 gəmi qəbul etməyə imkan verir.
Eyni zamanda Ukrayna hökuməti rumıniyalı həmkarları və Avropa Komissiyasının nümayəndələri ilə Sulina kanalından keçidlərin sayını artırmaq üçün danışıqlar aparır.
"Bu şərtlərdə və Bistre məshəbindən keçən marşrutun mövcudluğunda bir həftə ərzində gəmilərin reyddə yığılmasının aradan qaldırılacağını və aylıq taxıl ixracını 500 min ton artıra biləcəyimizi gözləyirik", – Y.Vaskov bildirib.
Məlumata görə, 90-dan çox gəmi Ukrayna limanlarına daxil olmaq üçün Sulina kanalının kənarında öz növbəsini gözləyir. Ümumilikdə Rumıniyanın Sulina kanalının reydində 135 gəmi var.
Xatırladaq ki, iyunun 30-da Ukraynanın "Cənub" əməliyyat komandanlığı İlan adasının işğaldan azad edildiyini açıqlayıb. Rusiya Müdafiə Nazirliyi bu məlumatı təsdiqləyərək hərəkətini "xoşməramlı addım" adlandırıb. /banker.az

KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
Yük sığortası üzrə ödənişlər 53% artıb
Azərbaycan banklarının xalis mənfəəti 1 milyard manata yaxınlaşdı – 8 ayda 23%-lik artım
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
"Formula-1" dövründə Bakı restoranlarının - GƏLİRLƏRİ 3 DƏFƏ ARTIB – ARAŞDIRMA
Kredit sığortasında yığımlar artıb, ödənişlər azalıb
Bitcoin necə işləyir?
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Biznes planı necə yazmaq lazımdır?
Dünyanın ən varlı 10 adamı
Dünyanın TOP-3 biznes universiteti hansılardı?