Un və makarondan smartfonlara qədər: "Samsung"un uğur hekayəsi

Un və makarondan smartfonlara qədər: Cənubi Koreyanın "Samsung" şirkətinin bütün tarixini üç mərhələyə bölmək olar. Təxminən yüz il əvvəl Cənubi Koreyalı fermer tərəfindən qurulan bu şirkət iki dəfə fəaliyyətini dayandırmalı olub, ancaq canlanmağı və daha da güclü olmağı bacarıb.
Anbarlar da yanır, zavodlar da
"Samsung"un tarixi 1930-cü illərdə, Koreyanın birləşdiyi, lakin Yaponiyanın işğalı altında olduğu dövrdə başlayır. Koreya tarixində müstəmləkəçilik dövrü bir tərəfdən koreyalılara qarşı total ayrı-seçkilik, digər tərəfdən güclü iqtisadi yüksəliş ilə xarakterizə olunur. O dövrdə iqtisadiyyatın sütunu olan kənd təsərrüfatı əhəmiyyətli dərəcədə modernləşdirilib. Nəhayət, sənaye faktiki olaraq yaradılıb – onlarla fabrik minlərlə zavodla əvəz olunub.
Belə bir şəraitdə 1938-ci ildə fermer ailəsindən olan Li Bön Çhol Koreyanın Tequ şəhərində öz şirkətini – "Mitsubishi Trading Company" və ya "Samsung Sanghoe"ni qurur. Bütün koreyalıların az qala öz adlarını yapon dilinə dəyişmək məcburiyyətində qaldıqları bir vaxtda şirkətin adının ikili olmasında təəccüblü heç nə yox idi. Hərfi mənada "Samsung" Koreya dilində "üç ulduz", məcazi mənada isə "güclü və sonsuz" deməkdir. Bu, demək olar ki, "Mitsubishi"nin hərfi tərcüməsidir.
Böyük adına baxmayaraq, Li Bönun şirkəti düyü, un, şəkər, makaron, qurudulmuş balıq və dəniz məhsulları ilə ticarət edən kiçik bir anbar idi. Məhsulların çox hissəsi ya Tequ şəhərinin özündə, ya da onun ətrafında yetişdirilib istehsal olunurdu. Və bu, başa düşülən idi. Mançuriya Yaponiyanın nəzarətində olan bir dövlət olmuşdu. Koreyanın istehsal etdiyi demək olar ki, hər şey növbəti mərhələdə Mançuriyaya ixrac edilirdi. Bununla belə, öz həmvətənlilərinini böyük əksəriyyətindən fərqli olaraq, Li Bön Çhol Yaponiya hakimiyyətinin total nəzarəti şəraitində mallarını Mançuriya və Çinə ötürülməsi üçün müstəqil kanal yaratmağa müvəffəq olur.
Un və makarondan smartfonlara qədər: "Samsung" şirkətinin qurucusu, Li Bön Çhol
Bön Çholun ərzaq ticarəti ona xeyli gəlir gətirdi və İkinci Dünya müharibəsi Koreyadakı Yaponiya müstəmləkəçiliyinə son qoydu. Hətta Sovet İttifaqı ilə ABŞ arasında ölkənin iki məsuliyyət zonasına bölünməsi belə görünürdü ki, şirkətin inkişafına mane ola bilmirdi. Və Bön Çhol inkişafında növbəti addımı atmağa qərar verir və 1947-ci ildə "Samsung" Seula köçür.
1950-ci illərin sonunda Bön Çhul Amerika ilə ticarət edərək beynəlxalq bazara çıxmağa ümid edirdi. Ancaq 1950-ci ildə Koreya müharibəsi başladı və bu müharibə Bönü hər şeydən məhrum etdi – həm fabriklər, həm də anbarlar yandırıldı. Sahibkarın özü sağ qalmaq üçün Seuldan qaçmalı oldu.
Un və makarondan smartfonlara qədər: Koreya müharibəsi (1950-1953-cü illər)
Xeyirdən şər
Li Bön Çhol hər şeyi yenidən başlamalı oldu. Lakin müharibə nəticəsində verdiyi itkilər ona təkbaşına irimiqyaslı biznes qurmağa imkan vermədi. O, başqa bir sahibkar – Ço Honq Jai ilə birləşdi. 1951-ci ilin ynavarında onlar Pusanda yeni ticarət şirkətini, "Samsung Trading Corporation" korporasiyasını qeydiyyatdan keçirdilər. Bir neçə ildən sonra Bön Çhol biznesini Seula qaytardı.
1954-cü ildə Tequda ölkənin ən böyük olan ilk "Samsung" tekstil fabriki fəaliyyətə başladı, 1955-ci ilin avqustunda isə Busanda şəkər fabriki yaradıldı. Hər iki zavod "Samsung" şirkətinin inkişafı üçün başlanğıc nöqtə oldu. Honq Jai ilə ortaqlıq çox az çəkdi, belə ki, bir neçə ildən sonra fikir ayrılığına görə o, "Samsung Trading Corp"dan ayrıldı, birgə qurulan müəssisə isə bir neçə şirkətə bölündü. Beləliklə, "Hyosung Hroup", "Hankook Tire" və "Samsung Group" yarandı.
Əgər hökumətin dəstəyi olmasaydı, Bön Çhol korporasiyasını bu qədər tez bərpa edə bilməyəcəkdi. Cənubi Koreya hökuməti ölkənin iqtisadi artımını mümkün qədər yüksək səviyyədə təmin etmək və sənayeləşməni həyata keçirmək üçün böyük şirkətlərə hər cür dəstək verirdi. Onlar xarici rəqabətdən qorunurdu, kreditlər və güzəştlər alırdı. Bunun sayəsində "Samsung" yeni bazarlara çıxdı.
1950-ci illərin sonunda şirkət Koreyanın üç ən böyük kommersiya bankını, həmçinin sığorta şirkəti və sement istehsalı firmalarını alır. Onun fəaliyyət istiqamətlərində həmçinin logistika, daşınmaz əmlak, pərakəndə satış, sığorta və qiymətli kağızlar da olub. Nəticədə, Bön Çhol ölkənin ən nüfuzlu adamlarından birinə çevrilir. O qədər nüfuzlu ki, o, prezident Li Sın Man ilə belə tanış idi. Qəribədir ki, "Samsung"un daha bir çöküşünün səbəbi də məhz bu olub.
1960-cı ilin aprelində Cənubi Koreyada Li Sın Mana qarşı kütləvi etirazlar başladı. O, prezident seçkilərini saxtalaşdırmaqda ittiham olunurdu. 84 yaşlı hökmdar 100% səs çoxluğu ilə seçkilərdə qalib gəlmişdi. Təkcə ona görə ki, o, yeganə namizəd idi. Xalq seçkilərin təkrar keçirilməsini və avtoritar hökmdarın getməsini tələb edirdi. Nəticədə, dinc etirazlar kimi başlayan hadisələr hərbi çevrilişə, bir il sonra isə general Pak Çon Hinin hakimiyyətə gəlməsinə gətirib çıxardı.
Un və makarondan smartfonlara qədər: Prezident seçkilərinin saxtalaşdırılması səbəbindən meydana çıxan kütləvi etirazlar
Bön Çholun özü vergidən yayınmaqda, qanunsuz qazanc əldə etməkdə və Li Sın Manın kampaniyasına qeyri-qanuni sponsorluqda ittiham olundu. Çevriliş zamanı iş adamı Yaponiyada olub və buna görə də həbsdən qaçıb. Daha sonra o, yeni prezidentlə görüşməyə qərar verib. Görüş nəticəsində Çhol əfv edilib və bunun müqabilində biznesinin bir hissəsini hökumətə keçirməyi, əlavə olaraq gübrə zavodu tikməyi boynuna götürüb. Vəd yerinə yetirildi: şirkət Koreyanın sənaye nəhənglərindən birinə çevrildi və 1960-cı illərin sonlarında "Samsung" ilk dəfə elektron avadanlıq istehsalına keçmək barədə fikirləşdi.
Koreyalı fermerin əbədi parlaqlığı
1969-cu ilin yanvarında "Samsung Electric Industries" quruldu. Bununla belə, Koreyanın ən güclü sənaye maqnatlarından biri olmasına baxmayaraq, Bön Çholun elektronika sahəsində təcrübəsi yox idi. Və buna görə də, bu sahəni mənimsəmək üçün o, "Samsung Trading Corp"un yaradılmasında olduğu kimi, daha təcrübəli tərəfdaşların köməyindən istifadə etməyə qərar verdi. Amma bu dəfə həmyerlilərin deyil, yaponların.
Artıq 1969-cu ilin dekabrında "Samsung Electric" şirkəti "Sanyo" və "Sumitomo" ilə müqavilə imzalayır. Onlar televizorların, kalkulyatorların, soyuducuların, kondisionerlərin və paltaryuyan maşınların istehsalı ilə məşğul olur. Məhz bu birgə müəssisə "Samsung Electronics"in sələfi sayılır.
1970-ci ildə "Samsung" başqa bir yapon korporasiya – NEC ilə birgə müəssisə yaradır və məişət avadanlıqların istehsalına başlayır. 1973-cü ildə isə "Samsung" və "Sanyo" yeni "Samsung Sanyo Parts" şirkətini yaradır.
Bön Çholun yapon korporasiyaları ilə iş birliyi, əlbəttə ki, Koreya istehsalçılarının ciddi narazılığına səbəb oldu, onlar hətta "Samsung"un yaponlarla birgə müəssisə yaratmasına görə hökumətə müraciət etmişdilər. Koreya sənayesinin nümayəndələrini yalnız onda sakitləşdirmək mümkün oldu ki, "Samsung" onları məhsullarının yalnız ixrac üçün istehsal edildiyinə inandırdı.
Un və makarondan smartfonlara qədər: Artıq 80-ci illərdə "Samsung" məişət elektronikası sahəsində liderlərdən biri olur
Bu öhdəlik "Samsung"un elektronika bazarında dünya liderlərindən birinə çevrilməsinə mane olmadı. Əksinə, hələ 1970-ci illərdə Li Bön Çholun şirkəti ağ-qara televizor və çaydanlardan daha mürəkkəb texnologiyaya keçdi. 1974-cü ildə şirkət Koreyanın çip istehsalı sektorunda qabaqcıllardan biri olan yarımkeçiricilər istehsalçısı "Korea Semiconductor"da 50% pay aldı. Bu, "Samsung"un yarımkeçiricilər bölməsinin yaradılmasına gətirib çıxardı.
1978-ci ildə Li Bön Çhol "Samsung"un aerokosmik bölməsini yaradır və 1985-ci ildə konsaltinq, texniki xidmətlər və autsorsinq xidmətləri də daxil olmaqla korporativ informasiya texnologiyaları xidmətlərinin təminatçısı olan "Samsung Data Systems" işıq üzü görür.
80-ci illərdə şirkət ilk mobil telefonunun yaradılması üzərində işləyir. Bu, "Samsung"un tarixində yeni dövrün başlaması demək idi. Cənubi Koreyanın texnologiya nəhənginin qurucusu 1987-ci ildə, şirkətin ilk mobil telefonunun çıxmasına bir il qalmış vəfat edir.
Şirkətin təqdim etdiyi ilk mobil telefon uğursuz oldu. Koreya istehsalçısının bu bazarda üstünlüyü xeyli sonra, 2012-ci ildə mümkün oldu. Belə ki, 1998-ci ildə bu sektorda onu "Nokia" qabaqlaya bildi.
Un və makarondan smartfonlara qədər: Son onilliklərdə Koreya şirkəti dünyanın ən böyük çip istehsalçılarından birinə çevrilir
Lakin 1980-ci illərin ortalarından "Samsung"un milyardlarla dollar sərmayə qoyduğu yarımkeçiricilər bazarında Koreya şirkəti 1990-cı illərin əvvəllərində dünya liderinə çevrildi. 1992-ci ildə "Samsung" ən böyük yaddaş çipləri istehsalçısı olur və mikroçip bazarında "Intel"dən sonra ikinci yeri tutur.
Beləliklə, kiçik şəhərcikdə koreyalı fermerin açdığı ərzaq mağazası, nəhayət, müxtəlif sənaye sahələrində onlarla bölməsi olan yüksək texnologiyalı korporasiyaya dönür. / banker.az

Maraqlı     Tarix: 13 yanvar 2023

Oxşar xəbərlər

"McDonald’s Azərbaycan" Badamdar qəsəbəsində yeni restoran açıb - FOTO

"McDonald’s Azərbaycan" şəbəkəsini genişləndirərək paytaxt sakinlərini sevindirməyə davam edir: şirkətin 35-ci restoranı Badamdar qəsəbəsində, Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 210-cu giriş ünvanınd

Vəliyevin universitetinin xalis mənfəəti 7,6 milyon manata çatıb – 42%-lik artım

"Odlar Yurdu Universiteti" 2025-ci ili 7 milyon 572,9 min manat xalis mənfəətlə başa vurub. universitetin audit olunmuş konsolidə edilmiş maliyyə hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə ali təhsil müəssisəsini

Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama

"Nvidia"nın baş direktoru Censen Huanq verdiyi müsahibədə 2030-cu ildə dünyanın sonunun gəlmə ehtimalının sıfır faiz olduğunu bildirib. "Nvidia Corp."un baş direktoru Censen Huanq süni intellektin bəşəriyyə

SpaceX-ə rəqib ilk dəfə orbitə çıxıb

Almaniyanın raket istehsalçısı "Isar Aerospace" həftəsonu ilk dəfə uğurla orbitə çatıb. xəbər verir ki, bu, Avropanın kommersiya kosmik sənayesi üçün mühüm mərhələ hesab olunur. Şirkət sürətlə artan tələbatı qarşılama

iPhone 17 Pro Max-ı iPhone 18 Pro Max-a dəyişməyə dəyər?

iPhone 17 Pro Max-ın 6,9 düymlük 120 Hz ekranı, A19 Pro çipi, üç 48 MP-lik arxa kamerası və 39 saata qədər video izləmə müddəti Apple-ın rəsmi texniki məlumatlarında göstərilir. ABŞ-da başlanğıc qiyməti 256 GB üçün 1 19

Nepal və Tibetdə dağıdıcı selə nə səbəb olub?

Mənbə: . Hadisə Azərbaycandan minlərlə kilometr uzaqda, Himalay dağlarının Nepal və Çin sərhədində baş versə də, bu cür təbii fəlakətlərin necə yarandığını və bir-biri ilə necə əlaqəli olduğunu anlamaq coğrafi baxımdan mühü

Süni intellekt bumu: bu texnologiya ABŞ iqtisadiyyatını necə yenidən formalaşdırır?

Süni intellekt ABŞ iqtisadiyyatının əsas hərəkətverici qüvvələrindən birinə çevrilib. Onun təsiri iri investisiya qərarlarından tutmuş iPhone kimi gündəlik istifadə olunan cihazların qiymətlərinə qədər demək olar ki, hə

Tibbi müəmma sizi çıxılmaz vəziyyətə salıb? Metagenomikanı sınayın

Həkimlər nədən xəstələndiyimizi müəyyən edə bilmədikdə, orqanizmimizdə virusların, bakteriyaların və göbələklərin genetik materialının fraqmentlərini axtara bilərlər. 2019-cu ildə Kaliforniya ştatının Fresno şəhərində yaşayan

Süni intellekt bizi zənginləşdirəcək, yoxsa sadəcə şirkətləri?

Təsəvvür edin, ölkənin ÜDM-i artır, şirkətlər rekord mənfəət açıqlayır, amma sizin maaşınız demək olar ki, dəyişmir. Süni intellekt iqtisadiyyatı daha məhsuldar edə bilər. Amma məhsuldarlığın artması avtomatik olaraq insanları


iqtisadi xeberler bitcoin qiymeti valyuta xeberleri kripto dollar kursu