Azərbaycanda 13 yaşlı BOKT rebrendinqə gedir – Bazarda yeni adla çıxış edəcək
Azərbaycanda 13 yaşlı bank olmayan kredit təşkilatı "Effektinvest" MMC rebrendinq edərək bazarda yeni adla çıxış edəcək.
Bu barədə Banker.az-a daxil olan məlumatda bildirilir.
Belə ki, səhmdarların Ümumi Yığıncağının qərarı ilə təşkilat bundan sonra Bank Olmayan Kredit Təşkilatı "Alfa Kapital" MMC kimi çıxış edəcək.
Təşkilatın Müşahidə Şurasına Köçərli Fərid Fəxrəddin oğlu sədrlik edir. Şuranın üzvləri isə Əkbərov Bəhruz Ziyaddin oğlu və Köçərli Əli Fəxrəddin oğludur.
Audit nəzarəti istiqamətində isə Audit Komitəsinə Əfəndiyev Fuad Səffər oğlu rəhbərlik edir. Komitənin üzvləri Həsən-zadə Adil Əli oğlu və Şərifov Elçin Mərdan oğludur.
Təşkilatın icraedici rəhbərliyi Cavadov Murad Şirin oğlu tərəfindən həyata keçirilir.
Xatırladaq ki, BOKT "Effektinvest" MMC 2013-cü ildə yaradılıb və 1 020 000 manat nizamnamə kapitalı var, qanuni təmsilçisi Murad Cavadov Şirin oğludur.
Əsas səhmdarlar:
Şirin Cavadov – 52.8% pay
Fərid Köçərli – 45.5% pay
Elçin Niftiyev – 1.7% pay

Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Startup nədir və necə olur?
Yatırım olmadan necə biznes qurmaq olar?
Kriptovalyuta nədir və necə alınır?