Səhv nəticəsində ortaya çıxmış 10 dahiyanə ixtira

Səhv nəticəsində ortaya çıxmış 10 dahiyanə ixtiraQarğıdalı lopalarından tutmuş kardiostimulyatora qədər ən sevilən və faydalı məhsullardan bəziləri təsadüfi səhvlər nəticəsində yaranıb. Səhvlər ABŞ-ın sanki genetik koduna yazılıb: Xristofor Kolumb Avropadan Asiyaya qərb yolu axtararkən Yeni Dünyanı kəşf etmişdi. O vaxtdan bəri Amerika dəfələrlə göstərib ki, bu, şansın da rol oynadığı bir ölkədir. Təsadüflərdən yararlanmaq bacarığı insan ömrünü uzadan tibbi həllərdən tutmuş qidalanmada inqilab yaradan yeniliklərə qədər dünyanı dəyişdirən ixtiraların meydana çıxmasına səbəb olub. Hətta təsadüflər sayəsində darıxan barmaqlar üçün partladılan qabarcıqlar da yaranıb.
"İnsanlar qeyri-mümkün görünənin əslində nə qədər heyrətamiz ola biləcəyini lazımınca qiymətləndirmirlər", — Cənubi Kaliforniya Universitetinin biznes məktəbinin professoru və "Təsadüflərlə düşünmək" adlı kitabın müəllifi Kristian Buş belə deyir.
Bunu necə adlandırırsınızsa adlandırın: təsadüf, qismət, uğur və ya bəxt. Son 250 il ərzində bu, artıq vannadakı Arximed hekayəsi deyil, emalatxanalarda çalışan ustaların və laboratoriyalarda çalışan alimlərin öz yanlışlıqlarından yararlanaraq bundan fayda çıxarmasının tarixidir. Səhvdən doğulmuş 10 Amerika innovasiyası bunlardır:
Qarğıdalı lopaları
Miçiqan ştatının eyniadlı şəhərində yerləşən Battle Creek sanatoriyası bu gün sağlam həyat tərzi mədəniyyəti adlandırdığımız anlayışın tərəfdarlarını cəlb edən dünyaca məşhur sağlamlıq kurortu idi. Doktor Con Harvi Kelloq burada fəaliyyət göstərən müəssisəyə rəhbərlik edirdi. Sanatoriyada fiziki məşqlər, təmiz hava və qurudulmuş, üyüdülmüş taxılların daxil olduğu sağlam qidalanma təbliğ olunurdu.
Səhv nəticəsində ortaya çıxmış 10 dahiyanə ixtiraKelloq və onun kiçik qardaşı U.K. Kelloq buğda dənələrinin hazırlanmasının müxtəlif üsullarını sınaqdan keçirirdilər. 1894-cü ildə onlar qaynadılmış buğda olan qazanı təsadüfən olduğu yerdə qoyublar və buğda quruyub. U.K. geri qayıdanda buğdanı vallardan keçirib. Hər bir dənə bişirildikdən sonra xırtıldayan iri, yastı lopaya çevrilib. Kiçik Kelloq sonradan bu üsulu qarğıdalıya da tətbiq edib və bununla səhər yeməyi anlayışını həmişəlik dəyişib. O, 1906-cı ildə Battle Creek Toasted Corn Flake Co. şirkətini yaradıb. Bu şirkət bu gün dənli səhər yeməkləri istehsal edən nəhəng Kellogg kimi tanınır.
İmplantasiya olunan kardiostimulyator
Uilson Qreytbatç tibbi təhsil almasa da, milyonlarla insanın həyatını xilas edib. 1950-ci illərin sonlarında ürək səslərini yazmaq üçün cihaz hazırlayarkən o, təsadüfən yanlış rezistordan istifadə edib. Lakin həmin detalın yaratdığı elektrik impulslarının tezliyi sabit olub — məhz ürək döyüntüsü kimi.
Səhv nəticəsində ortaya çıxmış 10 dahiyanə ixtira"Mən bu əşyaya heyrətlə baxırdım, sonra isə anladım ki, ürəyin işini idarə etmək üçün lazım olan məhz budur", — Qreytbatç "Kardiostimulyatorun yaradılması" adlı kitabında yazırdı.
Həmin dövrdə kardiostimulyatorlar artıq mövcud idi, amma onlar xarici və çox böyük qurğular idi. Əvvəlki modelləri əl ilə işə salmaq lazım gəlirdi. Onun əsas ideyası isə bu cihazların miniatür versiyalarını ürək xəstəlikləri olan pasiyentlərin bədəninə yerləşdirərək ürək ritmini tənzimləmək idi. İlk tam implantasiya olunan kardiostimulyator 1958-ci ildə itə, iki il sonra isə insana yerləşdirildi.
Mikrodalğalı soba
Bəlkə də Persi Spenser ac idi. İkinci Dünya müharibəsindən qısa müddət sonra Raytheon şirkətinin mühəndisi cibində şokolad batonçuğu ilə maqnetronun yanına yaxınlaşıb və şokoladın əridiyini görüb. O, başa düşüb ki, elektromaqnit enerjisindən qidanı sürətlə qızdırmaq üçün istifadə etmək olar. Daha sonra bunu popkorn və yumurta üzərində də yoxlayıb.
Səhv nəticəsində ortaya çıxmış 10 dahiyanə ixtiraRaytheon-un Radarange adlandırdığı bu cihazın ilk modelləri ev üçün həddindən artıq iri və baha idi. 1967-ci ildə məişət üçün nəzərdə tutulmuş masaüstü mikrodalğalı soba təqdim olundu və onun qiyməti 500 dollardan aşağı idi. Növbəti onillikdə ərzaq istehsalçıları mikrodalğalı sobada qızdırıla bilən məhsulların çeşidini genişləndirdilər. Son federal məlumatlara görə, bu gün ABŞ-da demək olar ki, hər evdə ən azı bir mikrodalğalı soba var.
Qabarcıqlı plyonka
1957-ci ildə Alfred U. Fildinq və Mark Şavan iki plastik təbəqəni birləşdirərək yeni teksturalı divar kağızı yaratmağa çalışırdılar. Lakin təbəqələrin arasında hava cibləri qalıb. Teksturalı divar örtüyü məşhurlaşmadı, amma bir qədər axtarışdan sonra onlar bu material üçün başqa bir istifadə sahəsi tapdılar — mallar üçün amortizasiyaedici qablaşdırma.
Səhv nəticəsində ortaya çıxmış 10 dahiyanə ixtiraSonralar Fildinq və Şavanın yaratdığı şirkət bu plyonkanın çeşidini genişləndirərək müxtəlif ölçülü qabarcıqlar təklif etdi. Bu kiçik qabarcıqları partlatmağı sevənlər ixtiraçılara hər ilin yanvar ayının son bazar ertəsinə təsadüf edən Qabarcıqlı Plyonka Günü münasibətilə təşəkkür edə bilərlər.
Vulkanlaşdırılmış rezin
Rezin XIX əsrin əvvəllərində su keçirməməsi və elastikliyi sayəsində çox populyar idi. Amma bir problem vardı: emal olunmamış rezin soyuqda kövrəkləşir, istidə isə yapışqan və axıcı hala düşürdü. Bu da ABŞ-da onun tətbiq imkanlarını məhdudlaşdırırdı və Çarlz Qudiyerin əsas məşğuliyyətinə çevrilmişdi.
Səhv nəticəsində ortaya çıxmış 10 dahiyanə ixtira1839-cu ildə uzun illər davam edən cəhdlərdən sonra o, bu çətin məsələnin həllini tapdı: kükürdlə işlənmiş rezin təsadüfən isti plitəyə toxundu. Qudiyer nümunəni nəzərdən keçirəndə heyrətə gəldi: material ərimək əvəzinə möhkəm və davamlı olmuş, eyni zamanda öz elastikliyini saxlamışdı. "Nəcib ehtiras: Çarlz Qudiyer, Tomas Henkok və XIX əsrin ən böyük sənaye sirrini açmaq uğrunda yarış" kitabının müəllifi Çarlz Slekin izahına görə, bu prosesdə istilikdən istifadə ilk baxışdan məntiqsiz görünürdü. "Vulkanizasiya" termini isə Roma od tanrısı Vulkanın adından götürülüb.
Çubuqda meyvəli buz — Popsicle
Frank Epperson bu kəşfi təsadüfən cəmi 11 yaşında edib. 1905-ci ildə uzun oyun günündən sonra o, qazlı içki dolu stəkanı qarışdırıcı çubuqla birlikdə gecəlik çöldə unudub. Səhəri gün stəkanı çevirdikdə içindən tutacağı olan şirin buz parçası çıxıb. O, bunu Epsicle adlandırıb.
Səhv nəticəsində ortaya çıxmış 10 dahiyanə ixtiraDostları bu dondurulmuş şirniyyəti çox bəyəniblər və Epperson 1924-cü ildə onu patentləşdirib. Sonradan o, uşaqlarının məsləhəti ilə adını Pop"s "Sicle, daha sonra isə Popsicle olaraq dəyişib. Həmin onillikdə hüquqlarını Joe Lowe Co. şirkətinə satıb. Şirkət Böyük Depressiya illərində bu məhsulun iki çubuqlu versiyasını bazara çıxarıb. Onilliklər ərzində Popsicle brendi müxtəlif korporasiyaların əlinə keçib, hazırda isə o, Unilever-in törəmə şirkəti olan Magnum Ice Cream-a məxsusdur.
Saran Wrap qida plyonkası
Ralf Uayli uzun illər Dow Chemical şirkətində alim kimi çalışsa da, ən məşhur kəşfini edərkən orada sadəcə təcrübə keçən tələbə idi. 1933-cü ildə bir gün o və həmkarı birlikdə işlədikləri kimyəvi təmizləmə vasitəsinin kolbanı ağartdığını gördülər. Tədqiqatçılar səbəbi araşdırmaq istədilər, amma maddəni öyrənmək üçün kolbanın divarlarından qoparmaq çox çətin oldu.
Səhv nəticəsində ortaya çıxmış 10 dahiyanə ixtiraMəhz yapışıb qalmaq xüsusiyyəti — sıx yerləşmiş molekulların nəticəsi — bu materialın əsas üstünlüyünə çevrildi. Beləliklə, Saran ortaya çıxdı. İkinci Dünya müharibəsinin ilk illərində ordu ondan gəmilərdəki avadanlıqları nəmdən qorumaq üçün ucuz örtük kimi istifadə edirdi. Müharibədən sonra isə bu elastik, yapışqan plyonka mətbəxlərə keçdi: su və hava keçirmədiyi üçün qidaların təzə qalmasına kömək edirdi.
Saxarin
Konstantin Falberqin 1879-cu ildə etdiyi bu "dadlı" kəşf bir çox anaları qorxudan səbəbdən baş verib: o, yeməkdən əvvəl əllərini yumamışdı. Cons Hopkins Universitetinin tədqiqatçısı laboratoriyadakı işinə o qədər aludə olmuşdu ki, şam yeməyini unutmuşdu. Tez nəsə yemək istəyərkən əllərini yumadı. Ağzına bir tikə çörək qoyanda onun olduqca şirin olduğunu hiss etdi.
Səhv nəticəsində ortaya çıxmış 10 dahiyanə ixtiraAlim işlədiyi kimyəvi maddələrdən təsadüfən yeni bir birləşmə yaratmışdı. Həmin maddə onun əlinə, oradan da çörəyə keçmişdi. Falberq yeməyi yarımçıq qoyub laboratoriyaya qaçdı və bütün qabların içindəkini dadmağa başladı. Nəhayət, "şirinlik baxımından şəkəri üstələyən" maddəni tapdı və sonra aylarla onun kimyəvi tərkibini yenidən yaratmağa çalışdı. Saxarin Birinci Dünya müharibəsi illərində şəkər qıtlığı zamanı populyarlaşdı, daha sonra isə qidalanmasına diqqət edən insanların rəğbətini qazandı.
Scotchgard örtüyü
3M şirkətinin kimyaçısı Petsi Şerman Hərbi Hava Qüvvələri üçün reaktiv yanacağın təsirinə davam gətirə bilən yeni növ rezin hazırlayırdı. 1953-cü ildə laborant Coan Mallin təsadüfən Şermanın hazırladığı maddə nümunəsini tennis ayaqqabılarına tökdü. Mallin həmin ləkəni sabun, spirt və başqa həlledicilərlə çıxarmağa çalışsa da, buna nail ola bilmədi.
Səhv nəticəsində ortaya çıxmış 10 dahiyanə ixtiraŞerman bu xoşagəlməz hadisədə potensial gördü. O, rəhbəri Sem Smitlə birlikdə suyu və ləkəni dəf edən Scotchgard vasitəsini hazırladı. Məhsul 1956-cı ildə bazara çıxarıldı, amma bəzi çatışmazlıqları vardı: məsələn, yun üzərində yaxşı işləyirdi, pambıqda isə yox. 1960-cı ilə qədər Scotchgard daha da təkmilləşdirildi.
Yapışqan qeydlər
3M şirkətinin alimi Spenser Silverə aviasiya sənayesi üçün möhkəm yapışqan hazırlamaq tapşırılmışdı. Amma o, 1968-ci ildə səthə zəif yapışan və asanlıqla çıxarılan yapışqan kəşf etdi. Problem isə bu kəşf üçün uyğun istifadə sahəsi tapa bilməməsi idi.
Səhv nəticəsində ortaya çıxmış 10 dahiyanə ixtiraBir neçə il sonra növbə onun həmkarı Art Fraya çatdı. Bu alim kilsə xoru üçün himnləri qeyd etdiyi vərəqlərin bazar gününə qədər kitabdan düşməsindən narahat idi. Fray Silverin zəif yapışqan barədə çıxışını xatırladı. O, həmin yapışqandan ilahi kitabındakı nişanlayıcılar üçün istifadə etməyə başladı və beləcə bu ixtiraya praktik tətbiq tapıldı.
3M əməkdaşları bu yeniliyi ofisdə sınaqdan keçirdilər və böyük heyranlıqla qarşıladılar. Post-it qeyd kağızları 1980-ci ildə satışa çıxarıldı. Maraqlı faktdır ki, Post-it qeydlərinin əvvəlcə sarı rəngdə olması da təsadüf idi — qonşu laboratoriyada məhz bu rəngdə kağız qırıntıları mövcud idi.

Maraqlı     Tarix: 16 aprel 2026

Oxşar xəbərlər

Gömrükdə malların saxlanılması ilə bağlı yeni qaydalar qüvvəyə mindi

Fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların müvəqqəti saxlanca verilməsi ilə bağlı yeni qaydalar müəyyənləşib. Bununla bağlı Gömrük Məcəlləsində dəyişikliklərlə əlaqədar iyunun 19-da qəbul edilən müvafi

Artım üzərində qurulmuş dünya sona çatır

Bəzi qrafiklər baş verənləri onlarla proqnoz kitabından daha yaxşı izah edir. Məsələn, yuxarıdakı qrafik kimi. Bu, 1950-ci ildən bəri Avropada demoqrafik yükün strukturudur. 1950-ci ildə əmək qabiliyyətli yaşda olan hər 10

ÜDM üçün tələ: süni intellekt köpüyü niyə iqtisadçıları əvvəlkilərdən daha çox qorxudur?

ABŞ fond bazarı yüksəlişdədir və bu artımın əsas lokomotivi süni intellektdir. Texnologiya nəhəngləri süni intellekt mütəxəssislərini öz tərəflərinə çəkmək, çipləri kütləvi şəkildə almaq və məlumat mərkəzləri tikmək üçü

"Sürətli dofamin düşmən deyil": "həzz hormonu" haqqında beş mif

Sosial şəbəkə lentini skroll etməyin və vertikal kontentə baxmağın beyin üçün zərərli, səy tələb edən məşğuliyyətlərin — məsələn, kitab oxumağın və canlı ünsiyyətin isə faydalı olduğu düşünülür. Sosial şəbəkələrdə guya "ucuz"

SpaceX-ə rəqib ilk dəfə orbitə çıxıb

Almaniyanın raket istehsalçısı "Isar Aerospace" həftəsonu ilk dəfə uğurla orbitə çatıb. xəbər verir ki, bu, Avropanın kommersiya kosmik sənayesi üçün mühüm mərhələ hesab olunur. Şirkət sürətlə artan tələbatı qarşılama

Çin yenidən öndədir: dünyanın ən sürətli superkompüteri Şençjendə yaradılıb

Şençjendə dünyanın ən sürətli superkompüteri kimi tanınan yeni sistem istifadəyə verilib. Diqqətçəkən məqam budur ki, bu qurğu ixtisaslaşdırılmış qrafik çiplər üzərində deyil, adi mikroprosessorlar əsasında işləyir. Çin uzu

Formula 1 yarışlarının keçiriləcəyi vaxt bəzi məktəblərdə tədris onlayn təşkil olunacaq

2026-ci ildə Formula 1 Azərbaycan Qran-prisi dövründə yarışların keçiriləcəyi ərazilərdə yerləşən ümumitəhsil müəssisələrində tədris onlayn təşkil olunacaq. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində

Nepal və Tibetdə dağıdıcı selə nə səbəb olub?

Mənbə: . Hadisə Azərbaycandan minlərlə kilometr uzaqda, Himalay dağlarının Nepal və Çin sərhədində baş versə də, bu cür təbii fəlakətlərin necə yarandığını və bir-biri ilə necə əlaqəli olduğunu anlamaq coğrafi baxımdan mühü

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda göndəriləcək. Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 11 vaqon buğda göndəriləcək. /


iqtisadi xeberler pul qazanmaq emlak xeberleri depozit faizleri bitkoin qiymeti