"Unibank" 2024-cü il üzrə hesabat açıqladı

"Unibank KB" ASC-nin aktivləri 2024-cü ilin sonuna 1 milyard 759.7 milyon manata çatıb ki, bu da əvvəlki ilin sonuna olan göstəricidən 10.6% çoxdur.
Banker.az xəbər verir ki, bu barədə bankın il üzrə açıqladığı maliyyə göstəricilərində bildirilir.
2023-cü ildə bankın 1 milyard 590.7 milyon manatlıq aktivləri var idi.
Nağd pul və ekvivalentləri 27.3% artaraq 235.8 milyon manata yüksəlib. Müştərilərə verilmiş xalis kreditlər 13.8% artaraq 1 milyard 113.7 milyon manat təşkil edib.
İstehlak kreditləri 1.4% azalaraq 618.5 milyon manata düşsə də, biznes kreditləri 32.6% artaraq 436.9 milyon manata çatıb. Əmlak və avadanlıqların dəyəri 7.5% artaraq 103 milyon manata yüksəlib. Bankın əsas fəaliyyət istiqaməti məhz istehlak kreditləridir və cəmi kreditlərdə payı bir ildə 60%-dən 54%-ə düşüb.
ÖHDƏLİKLƏR…
Bankın ümumi öhdəlikləri 10.5% artaraq 1 milyard 592.7 milyon manata çatıb. 2023-cü il: 1 milyard 441.8 milyon manat idi.
İlin əvvəlində 1 milyard 215.9 milyon manatlıq cəmi depozitlər üçüncü rübün sonuna 1 milyard 231.7 milyon manata yüksəlsə də, IV rübdə 2% azalaraq 1 milyard 204.7 milyon manata düşüb.
Bank depozitlərinin azalmasına səbəb hüquqi şəxslərin (şirkət və ya təşkilatlar) depozitlərinin ilin son rübündə 45.5  mln. manat və ya 15% azalmasıdır. Şirkət depozitləri ilin sonuna 248.2 mln. manata düşüb.
Kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər 91.8% artaraq 209 milyon manat təşkil edib.
Kapital 12.2% artaraq 167 milyon manat olub.
GƏLİRLƏR….
2024-cü il ərzində "Unibank KB" ASC-nin faiz gəlirləri 9.5% artaraq 232.2 milyon manat təşkil edib. Kreditlərdən faiz gəlirləri 9.2% artaraq 220.4 milyon manata çatıb. Qeyri-faiz gəlirləri də artaraq 122.5 milyon manat olub. Burada alınan haqq və komissiya gəlirləri 15% artımla 105 milyon manata yüksəlib.
Keçən il bankın faiz və qeyri-faiz xərcləri isə nəzərəçarpacaq dərəcədə artıb. Faiz xərcləri 8.9% artaraq 78.1 milyon manat olarkən, qeyri-faiz xərcləri 25.7% artımla 207.6 milyon manata çatıb.
Bankın xalis mənfəəti 38.1% azalma ilə 20.4 milyon manat təşkil edib. Halbuki, öncəki ildə bu rəqəm 32.9 milyon manat idi.

Banklar     Tarix: 17 yanvar 2025

Oxşar xəbərlər

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri


iqtisadi xeberler investisiya bu gunun xeberleri 1000 manatla biznes birbank