"Unibank"ın depozitləri son üç ayda 27 mln. manat azalıb

"Unibank KB" ASC-nin müştərilərdən cəlb etdiyi depozitlərin həcmi 2024-cü ilin son rübündə 27 milyon manat azalıb.
Banker.az bankın 2024-cü ilin IV rübü üzrə maliyyə hesabatına istinadən xəbər verir ki, ilin əvvəlində  1 milyard 215.9 milyon  manatlıq cəmi depozitlər üçüncü rübün sonuna  1 milyard 231.7 milyon manata yüksəlsə də, IV rübdə 2% azalaraq 1 milyard 204.7 milyon manata düşüb.
Bank aktivlərinin azalmasına səbəb hüquqi şəxslərin (şirkət və ya təşkilatlar) depozitlərinin ilin son rübündə 45.5  mln. manat və ya 15% azalmasıdır. Şirkət depozitləri ilin sonuna 248.2 mln. manata düşüb.
Bununla belə, "Unibank"ın maliyyə mənbəyinin əsasını təşkil edən əhalinin depozitləri son bir ildə 15.2 mln. manat və ya 2% artımla  941.3 mln. manata çatıb.
Əhalinin depozitlərinin bankın cəmi depozitlərindəki payı son bir ildə 77%-dən 79%-ə yüksəlib.
Bankın öhdəliklərinin 950.9 milyon manatı milli, 208.8 mln. manat ekvivalenti ABŞ dollarında və 39.4 mln. manat ekvivalenti avroda olub. Ötən ilin üçüncü rübünün sonunda bu rəqəmlər müvafiq olaraq, 944.1 mln. manat, 201.3 mln. manat və 81.1 mln. manat idi.
Bank keçən il depozitlər üzrə faiz xərcləri 10% artımla 63 mln. manata yüksəlib. Ötəm il bu rəqəm 57.4 mln. manat idi.

Banklar     Tarix: 21 yanvar 2025

Oxşar xəbərlər

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri


iqtisadi xeberler investisiya bu gunun xeberleri 1000 manatla biznes birbank