Uşaq İnkişaf Mərkəzinin rəhbəri qadınlara çağırış edib

Uşaq İnkişaf Mərkəzinin rəhbəri qadınlara çağırış edib"Bu gün güclü qadın olmaq təkcə fədakarlığı, cəfakeşliyi ilə seçilmək deyil. Güclü qadın həm də özünü inkişaf etdirən, şəxsi inkişafına nail olan, hədəflərinə çatan qadındır".
Bunu "Report"a açıqlamasında Uşaq İnkişaf Mərkəzinin rəhbəri Aynur Musayeva deyib.
Onun fikrincə, durmadan dəyişən dünyada bu dəyişikliklərə ayaq uydurmaq şərtdir: "Geri qalmamaq üçün davamlı olaraq oxumaq, məlumatlı olmaq, təhsilini artırmaq, müasir texnologiyaları mənimsəmək, yeni dil öyrənmək, müxtəlif təlim və seminarlarda iştirak etmək, ətrafını genişləndirmək artıq bir zərurətdir. Bu göstəricilərə nail olan, özünü dəyişən, ayaq üstə durmağı bacaran qadındır güclü qadın".
A.Musayeva söyləyib ki, şəxsi inkişafına nail olan qadın həm də yaxşı valideyn, övladlarına uğurlu nümunədir: "Təcrübə göstərir ki, övladını tərbiyə etməyin ən gözəl yolu ona yaxşı nümunə olmaqdır. Necə deyərlər, övlad valideynin inikasıdır. Güclü xarakterli valideynə sahib olmaq isə övlad üçün böyük xoşbəxtlikdir. Bu amil ona intizamlı, məsuliyyətli, prinsipial olmağa, həyatda missiya və hədəflərini müəyyən etməyə, durmadan irəliləməyə kömək edir. Başqa sözlə, güclü, şəxsi inkişafına nail olan qadın övladı üçün ən gözəl motivasiyadır.
Amma unutmayaq ki, şəxsi inkişaf ömürboyu davam edən bir prosesdir. Həm öyrənərək, həm də öyrəndiklərini tətbiq edərək özünü inkişaf etdirməkdir. Şəxsi inkişaf yolunda uğurla irəliləmək istəyirsinizsə, dünyagörüşünüzü dəyişdirməli, qətiyyətli, əzmkar və pozitiv olmalısınız. Qətiyyətli olmaq maneələrin öhdəsindən gəlməklə təslim olmamaq və irəliyə getmək deməkdir. Fərdi inkişaf qadına təkcə yaxşı valideyn olub, xoşbəxt, savadlı, azad ruhlu uşaqlar yetişdirmək üçün yox, həm də həyatını daha mənalı və dolğun yaşamaq üçün lazımdır. Bu, işdə fərqlənən kadr olmaq deməkdir. Uğurlu karyera qurub, maliyyə azadlığına nail olmaq üçündür. Nəhayət, məhsuldar bir ömür sürüb, paylaşa bilinəcək təcrübələr qazanmaq baxımından faydalıdır. Ona görə də xanımlarımız öz xarici görünüşləri, geyimləri ilə yanaşı, fərdi inkişaflarına da zaman ayırmalıdırlar. Cəmiyyətin güvəndiyi qadın məhz yüksək təhsilə, intellektə, geniş dünyagörüşünə sahib olan güclü qadındır". /report.az

Xəbərlər     Tarix: 13 iyul 2022

Oxşar xəbərlər

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeydiyyat sentyabrın 8-də saat 18:00-dək davam edəcək. Qeyd edək ki, qəbul olunanları

Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq

30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind

Dollar neçəyə olacaq? - AÇIQLANDI

Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir


iqtisadi xeberler iqtisadiyyat xeberleri online pul qazanmaq dollar mezenne dollar məzənnəsi