Vayra Vike-Freyberqaya "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" təqdim edildi
Riqa şəhərində Latviya Respublikasının keçmiş Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqanın anadan olmasının 85 illiyi qeyd edilib.
KONKRET.az xəbər verir ki, Azərbaycanın Latviyadakı Səfirliyindən "Report"a verilən məlumata görə, tədbirdə səfir Elnur Sultanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Vayra Vike-Freyberqaya ünvanlanmış təbrik məktubunu oxuyub.
Sonra o, ölkəmizin beynəlxalq müstəvidə əlaqələrinin inkişafına verdiyi töhfəyə görə Vayra Vike-Freyberqanın "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti tərəfindən Sərəncam imzalandığını diqqətə çatdıraraq, "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"nu Vayra Vike-Freyberqaya təqdim edib.
Vayra Vike-Freyberqa təbrik məktubuna və onun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsinə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü ifadə edib və bu yüksək təltifin verilməsinin onun üçün böyük şərəf olduğunu vurğulayıb. O, dövlətimizin başçısına Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə göstərdiyi daimi diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Tədbirdə Latviya Prezidenti Eqils Levits, Latviyanın keçmiş prezidentləri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri, bu ölkənin tanınmış ictimai və mədəniyyət xadimləri iştirak ediblər.

"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
"Express Experience" Yay Təcrübə Proqramı – UĞURLA BAŞA ÇATIB
Mərkəzi Bank daşı tərəzinin hansı gözünə qoyacaq? – Faiz qərarı açıqlanır
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Bill Qeyts kimdir?
Biznes qurmaq üçün nə lazımdır?
Marketinq nə demədir?
İKEA şirkətinin tarixi