Vergi Xidməti sadələşdirilmiş vahid bəyannamə sistemindən istifadəyə çağırır
Məlum olduğu kimi, iyul ayının 1-dən etibarən vergi ödəyiciləri cari ilin 2-cü rübü üzrə vergi və sosial sığorta hesabatlarını təqdim edirlər. Prosesin asanlaşdırılması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bu sahədə vergi inzibatçılığının sadələşdirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirir. Bu tədbirlərdən biri də muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə sisteminin sadələşdirilmiş interfeys formasında ödəyicilərin istifadəsinə verilməsidir.
DVX-nin Sosial sığorta və əmək münasibətlərinə nəzarət idarəsinin rəisi Nigar Vahabzadə bildirib ki, "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə" forması vergi ödəyicilərinin inzibati yükünü azaltmaqla yanaşı, mikro və kiçik sahibkarlıq subyektlərinə xidmət mərkəzlərinə müraciət etmədən bəyannamənin rahat şəkildə təqdim olunmasına imkan verir. Vahid bəyannamə ilkin mərhələdə işçisi olmayan fiziki şəxslər tərəfindən tərtib edilir. Sadələşdirilmiş bəyannamə forması vergi ödəyicilərinin uçot-baza və son bəyannamə məlumatlarına əsasən proqram təminatı tərəfindən əvvəlcədən doldurulur. Daha sonra vergi ödəyicilərinə təqdim edilir. Vergi ödəyicisi həmin məlumatlarla razı olduqda, bəyannaməni gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edərək vergi orqanına göndərir. Məlumatlarda dürüstləşməyə zərurət yarandıqda vergi ödəyicisi düzəliş edərək bəyannaməni təsdiqləyə bilər. Vahid bəyannamənin tətbiqini zəruri edən səbəblərdən biri onun mikro və kiçik sahibkarlıq subyektləri tərəfindən doldurulması zamanı bəzi çətinliklərin yaranması idi. Belə halların aradan qaldırılması, ödəyicilərin hər dəfə xidmət mərkəzlərinə müraciət etməmələri üçün inzibatçılığın mərhələli şəkildə təkmilləşdirilməsi nəticəsində bu mexanizm tətbiq edilib.
N.Vahabzadənin sözlərinə görə, "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə"nin sadələşdirilmiş formada onlayn tərtib olunması və göndərilməsinin tətbiqi vergi ödəyicilərinə dəstək məqsədi daşıyır. Üstəlik, bəyannamə vergi orqanları tərəfindən tərtib edilsə də, məlumatları vergi ödəyicisi özü təsdiqləyir. Buna görə də qeyri-dəqiqliklərin əks olunması mümkün deyil. Bu sistem beynəlxalq təcrübədə də tətbiq edilir və vergi ödəyən şəxslər tərəfindən innovativ mexanizm kimi qəbul edilir. / marja.az

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Ev şəraitində pul qazanmağın yolları
McDonalds haqqında maraqlı faktlar
Biznes planı necə yazmaq lazımdır?
Dünyanın əh bahalı brendləri - TOP-10