Verginin rəisi Orxan Nəzərli Naxçıvanda olub, xidmət mərkəzlərinin açılışında iştirak edib

Verginin rəisi Orxan Nəzərli Naxçıvanda olub, xidmət mərkəzlərinin açılışında iştirak edibNaxçıvan Muxtar Respublikasının (MR) Ordubad və Şərur şəhərlərində Vergi ödəyicilərinə xidmət mərkəzlərinin açılışı olub. Bununla əlaqədar Naxçıvan MR-ə səfər edən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb. 
DVX rəisi muxtar respublikada Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşüb. Görüşdən sonra Ordubad şəhərində Vergi ödəyicilərinə xidmət mərkəzinin açılış mərasimi keçirilib. Tədbirdə Naxçıvan MR-də Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyinin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, muxtar respublika hökumətinin və Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbər vəzifəli şəxsləri, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Açılış mərasimində çıxış edən Naxçıvan MR-də Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli muxtar respublikanın 100 illik yubileyinin qeyd olunduğu bir vaxtda müxtəlif təyinatlı xidmət mərkəzlərinin qurulmasının vətəndaş məmnunluğunun təmin olunmasına xidmət etdiyini bildirib. Qeyd olunub ki, Azərbaycan Respublikasının iqtisadiyyat naziri ilə birlikdə ötən il Naxçıvanda sahibkarlarla keçirilmiş görüş zamanı vergi ödəyiciləri MR-də xidmət mərkəzlərinin istifadəyə verilməsi ilə bağlı müraciət ediblər. Həmin il Naxçıvan şəhərində ilk belə mərkəzin açılışı olub, indi isə daha ikisi istifadəyə verilir. Yeni xidmət mərkəzlərinin açılışının "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın icrası ilə birbaşa bağlı olduğunu qeyd edən F.Nəcəfli onların yerli sahibkarların məlumatlandırılması işinə böyük töhfə verəcəyini vurğulayıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Vergi ödəyicilərinə xidmət mərkəzinin açılışının muxtar respublikanın biznes mühitində mühüm hadisə olduğunu bildirib, vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın və şəffaflığın daha da  artırılmasına xidmət edəcəyini vurğulayıb. Qeyd edilib ki, hazırda ölkə üzrə müasir standartlara cavab verən 59 belə xidmət mərkəzi uğurla fəaliyyət göstərir. Diqqətə çatdırılıb ki, Ordubad şəhərlərində ən yeni avadanlıqlarla təchiz edilmiş mərkəz sahibkarlara hesabatların göndərilməsində, vergi qanunvericiliyi sahəsində maarifləndirmə prosesində, müxtəlif vergi xidmətlərinin əldə edilməsində böyük dəstək göstərəcək. Mərkəzdə vergi ödəyicilərinə vergi sahəsində bütün xidmətlər təqdim ediləcək. 
Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov bildirib ki, xidmət mərkəzi muxtar respublikada fəaliyyət göstərən vergi ödəyiciləri üçün vergi xidmətlərinin əlçatanlığının daha da artırılması və könüllü əməletmə səviyyəsinin yüksəldilməsi məqsədilə istifadəsinə verilir. Mərkəzdə 9.000-dən çox vergi ödəyicisinə vergi sahəsi üzrə bütün xidmətlər təqdim ediləcək və onlara vergi məsələlərinin həllində dəstək göstəriləcək. Naxçıvan MR-də fəaliyyət göstərən bütün vergi ödəyicilərini əhatə etmək məqsədilə Babək şəhərində də belə bir mərkəzin tikintisinə başlanılıb. Bütün bunlar "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsinə öz töhfəsini verəcək.
Sonra vergi ödəyicilərinə xidmət mərkəzi ilə tanışlıq keçirilib. Tədbir iştirakçıları mərkəzin tikinti prosesi haqqında videoçarxa baxıb, buradakı texniki imkanlar və vergi ödəyiciləri üçün yaradılmış şəraitlə tanış olublar.
Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən, xidmətin rəis müavini Anar İbrahimov muxtar respublikada yaradılmış əlverişli biznes mühiti və müasir vergi inzibatçılığı ilə bağlı 2023-cü ilin bəzi göstəriciləri barədə təqdimat edib. Qeyd olunub ki, son 1 il ərzində aparılmış struktur islahatlarında Vergi ödəyicilərinə xidmət mərkəzlərinin fəaliyyətinin ən yüksək səviyyədə təşkili üçün bu sahədə fəaliyyət göstərən əməkdaşların sayı 2,4 dəfə artırılıb. 
Həmin gün Şərur şəhərində də Vergi ödəyicilərinə xidmət mərkəzinin açılış mərasimi keçirilib. Tədbirdə Naxçıvan MR-də Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli, muxtar respublika hökumətinin və Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbər vəzifəli şəxsləri, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, bu mərkəz hazırda ölkə üzrə müasir standartlara cavab verən geniş xidmət mərkəzləri şəbəkəsinin bir həlqəsi olmaqla 15 mindən çox vergi ödəyicisinə hesabatların göndərilməsində, vergi qanunvericiliyi sahəsində maarifləndirmə prosesində, müxtəlif vergi xidmətlərinin əldə edilməsində böyük dəstək göstərəcək. 
Hər iki mərkəzdə şəhid ailələri və qazilərin xidmətlərdən rahat yararlanması üçün növbədənkənar xidmət otağı yaradılıb.
Tədbirin sonunda Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 27 fevral 2024-cü il tarixli sərəncamına əsasən xidmətin təltif olunan bir qrup əməkdaşına "Rəşadətli əməyə görə" döş nişanları təqdim olunub.
Verginin rəisi Orxan Nəzərli Naxçıvanda olub, xidmət mərkəzlərinin açılışında iştirak edibVerginin rəisi Orxan Nəzərli Naxçıvanda olub, xidmət mərkəzlərinin açılışında iştirak edibVerginin rəisi Orxan Nəzərli Naxçıvanda olub, xidmət mərkəzlərinin açılışında iştirak edibVerginin rəisi Orxan Nəzərli Naxçıvanda olub, xidmət mərkəzlərinin açılışında iştirak edibVerginin rəisi Orxan Nəzərli Naxçıvanda olub, xidmət mərkəzlərinin açılışında iştirak edibVerginin rəisi Orxan Nəzərli Naxçıvanda olub, xidmət mərkəzlərinin açılışında iştirak edib/ marja.az

Maliyyə     Tarix: 28 fevral 2024

Oxşar xəbərlər

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib

"Azərlotereya" 2025-ci il üzrə maliyyə hesabatını açıqladı

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" ASC 2025-cü il üzrə maliyyə hesabatını təqdim edib. Şirkət 2025-ci il hesabat dövrünə aid 100.7 milyon vergi ödəyib. Bu məbləğdə

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya

5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmətə istinadən xəbər verir ki, indiyədək ölkə ərazisində 11


iqtisadi xeberler birbank biznes krediti bitcoin qiymeti dollar manat kursu