Vestel ağır vəziyyətdə - 2000 nəfəri ixtisar edir

Vestel ağır vəziyyətdə - 2000 nəfəri ixtisar edirTürkiyənin ən böyük holdiqnlərindən biri olan "Zorlu Holding", investorların 4,9 milyard dollarlıq borc yükü ilə bağlı narahatlıqlarını azaltmaq məqsədilə aktiv satışları və işdən çıxarmalara (ixtisara) hazırlaşır.
TEMU-ya xəbərdarlıq edildi
FED.az xəbər verir ki, ABŞ-da yerləşən Bloomberg xəbər agentliyinin məsələ ilə tanış olan şəxslərə istinadən verdiyi məlumata görə, şirkət torpaq mülkiyyəti də daxil olmaqla, aktivlərini satmağı düşünür.
Mənbələr bildirirlər ki, "Zorlu Holding", törəmə şirkəti olan "Vestel"in ümumi işçi qüvvəsinin təxminən 10 faizinə bərabər olan 2000 işçini ixtisar etməyi planlaşdırır.
 "Zorlu Holding" şirkətinin baş direktoru Ömer Yüngül iddialardan sonra, işçilərin ixtisarı barədə xəbərinin doğru olduğunu bildirib:
"Bəli, 2 min nəfərin işdən çıxarılması xəbəri doğrudur. Amma bu, tamamilə "Vestel"in daha səmərəli çalışması ilə bağlıdır".
Aktiv satışı ilə bağlı Yüngül, "Şirkətlər dinamik strukturlardır, hər şey alına bilər, hər şey satıla bilər" deyib
Vestel səhmləri ilin əvvəlindən bu yana 40 faiz ucuzlaşıb
Aprel ayında Moodys Vestel-in kredit reytinqini Caa1 səviyyəsinə endirərək, şirkətin likvidliyinin və əməliyyat göstəricilərinin zəifləməsi ilə bağlı narahatlıqları əsas gətirib. Şirkət birinci rübdə 5,08 milyard lirə xalis zərər açıqlayıb.
"Zorlu Holding" bu yaxınlarda təxminən 1,3 milyard dollar məbləğində lirə ilə qısamüddətli borcunu 15 ilə qədər uzunmüddətli avro kreditləri ilə yenidən maliyyələşdirib. Əlavə olaraq, potensial bazar risklərinə qarşı bufer olaraq 500 milyon avro (564 milyon dollar) əlavə maliyyə təmin edilib. Nəticədə qrupun qısamüddətli borc nisbəti 60 faizdən 40 faizə endirilib.
"Türkiyə şirkətləri təzyiq altındadır"
Bloomberg-in məlumatına görə, "Zorlu" və digər Türkiyə şirkətləri təzyiq altındadır və maliyyə xərclərinə görə mənfəət marjaları daralır. Lirənin dəyərini itirməsinə baxmayaraq, Avropada tələbatın zəif olduğu bir vaxtda 37%-dən yuxarı inflyasiya əməliyyat xərclərini artırır. Mart ayında İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsindən sonra TL ilə borclanmanın yüksək qiyməti ilə yanaşı, investor inamı da zədələnib. (Marja)

Biznes     Tarix: 20 may 2025

Oxşar xəbərlər

Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir

Avropa şirkətləri Azərbaycanda dövlət tenderlərində bərabər rəqabət imkanlarının daha da artırılmasını vacib hesab edirlər. Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb. xəbə

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub

"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-c

İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi bağlandı

Sentyabr ayında Şəki rayonunda iki nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisənin baş verdiyi "Şəki Yaylası" istirahət mərkəzinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. "Şəki Yaylası"ndakı hadisə il

"Poz-Qazan" oyunlarında sentyabrda - 22 BÖYÜK UDUŞ QAZANILIB

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137  ədəd uduşlu bilet sahiblərini sevindirib.  . xəbər verir ki

Bakıda Almaniya-Azərbaycan biznes konfransı keçiriləcək

Oktyabrın 27-də Bakıda qida emalı və qablaşdırma avadanlıqları sahəsində ixtisaslaşmış Almaniya şirkətlərinin nümayəndə heyətinin iştirakı ilə Almaniya-Azərbaycan biznes konfransı və fərdi işgüzar görüşlər keçiriləcək. xəbə

Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR

"A-Z Smart Meters" MMC (VÖEN: 1906782361) nizamnamə kapitalını artırır. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalını

AZCON Holding-in IE Universiteti ilə birgə həyata keçirdiyi "Global Senior Management" proqramı uğurla yekunlaşıb

AZCON Holding və İspaniyanın nüfuzlu IE Universitetinin biznes məktəbi olan "IE Business School"un əməkdaşlığı çərçivəsində Holdinq və şirkətlərin strateji rəhbər heyəti üçün təşkil olunmuş "Global Senior Management"

Bakıda məşhur restoran fəaliyyətini dayandırdı

Bakıda fəaliyyət göstərən məşhur "Vapiano" restoranının hər iki filialı müvəqqəti olaraq bağlanıb. Restoran sahiblərinə ƏDV güzəştləri - QAYDALAR. xəbər verir ki, bu barədə restoranın rəsmi "Instagram"

Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qazax-Tovuz regional bölməsinın əməkdaşları tərəfindən Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, "Həbibli-1" MMC-yə məxsus bazarda yoxlama keçirilib. "Qızı


iqtisadi xeberler dollar kursu bitcoin qiymeti dollarin kursu bu gun bitcoin