Veysəloğlu Şirkətlər Qrupunda - TƏYİNAT OLUB
Zaur Zeynalov Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru (CEO) Ofisinin Direktoru vəzifəsinə təyin edilib.
SOCAR və Petrofac-ın birgə biznesinə yeni rəhbər - TƏYİN EDİLİB
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu barədə şirkət bildirir.
İnsan resurslarının idarəedilməsi sahəsində 14 ildən artıq iş təcrübəsinə malik olan Zaur Zeynalov Veysəloğlu Şirkətlər Qrupuna 2017-ci ildə İnsan Resursları Biznes Tərəfdaşlıq Departamentinin rəhbəri olaraq qoşulub. Daha sonra Qrup Müşahidə Şurasının Protokol direktoru vəzifəsini icra edib. Mütəxəssis bir müddət "Araz Supermarket"də İdarə Heyətinin üzvü (İnsan Resursları üzrə) olaraq fəaliyyət göstərib. İnsan resursları, SƏTƏM, İnzibati işlər, Daxili kommunikasiya strukturlarına rəhbərlik edib.
Zaur Zeynalov ali təhsilini 2006-cı ildə Milli Aviasiya Akademiyasında "İqtisadiyyat və Hüquq" fakültəsində "Menecment" ixtisası üzrə alıb. Lean Six Sigma üzrə yaşıl kəmər, insan resursları idarəetməsi üzrə SHRM-SCP sertifikatlarına yiyələnib. 2021-ci ildə Harvard Business School-un CORe proqramı çərçivəsində biznes analitikası, menecerlər üçün iqtisadiyyat və maliyyə idarəetməsi istiqamətində təhsilini artırıb.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Françayzinq nədir və necə olur?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
İKEA şirkətinin tarixi