VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı
(®) VTB (Azərbaycan) bütün müddətlər üzrə manatla olan əmanətlərin faizlərini artırıb. Maksimal gəlirlik "Sərfəli" depoziti üzrə 11,75% müəyyən edilib.
Bundan əlavə, bank "Avans" əmanət üzrə gəlirliliyi illik 9,75%-dək qaldırıb. Bu məhsul üzrə müştərilər faizlərini əmanəti rəsmiləşdirdikdən dərhal sonra əldə edə bilirlər.
VTB (Azərbaycan)-ın İdarə Heyətinin üzvü, pərakəndə biznesin rəhbəri Yaşar Kərimovun sözlərinə görə, müştərilər getdikcə daha fəal şəkildə vəsaitlərini VTB-də yerləşdirirlər.
"Xüsusilə "Sərfəli" depozitinə tələbat yüksəkdir – əmanəti 18 ay və daha uzun müddətə yerləşdirən müştərilər 11,75% illik gəlir qazana, həmçinin vergi ödəməkdən də azad olurlar", – deyə Kərimov şərh edib.
VTB (Azərbaycan) Bankın məhsul və xidmətləri barədə məlumatları filial şəbəkəsindən, rəsmi internet səhifəsindən, 986 Məlumat mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür. / marja.az

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Biznes təlimlər və tədris üsulları
Biznes nədir?
Biznes qurmaq üçün nə lazımdır?
Dünyanın ən zəngin idmançıları
CV-nin tərtib edilməsi prinsipləri