Vüsal Axundzadə: "Bankların əsas vəzifəsi sahibkarlarla etimad yaratmaqdır"

Vüsal Axundzadə: Banklar sahibkarların etibarlı tərəfdaşı olmalıdır. 
FED.az xəbər verir ki, Kapital Bankın Kiçik və Orta Sahibkarlarla İş Departamentinin meneceri Vüsal Axundzadə Milli Brendlərin Pərakəndə Zirvəsində çıxışı zamanı bildirib ki, bu gün istehlakçılar daha çevik və operativ həllər tələb edir və banklar bu çağırışlara innovativ texnoloji yeniliklərlə cavab verməlidirlər.
O qeyd edib ki, sahibkarlar üçün adaptasiya olmaq çox vacibdir və banklar artıq yalnız kredit verən qurum kimi deyil, etibarlı tərəfdaş, riski bölüşən və sahibkarları uğura aparan müttəfiq kimi fəaliyyət göstərir. "Biz sahibkara müştəri kimi yox, ona necə dəstək ola biləcəyimiz və qazancını necə artıra biləcəyimiz baxımından yanaşırıq," – deyə Vüsal Axundzadə vurğulayıb.
Menecer əlavə edib ki, bankların əsas məqsədi sahibkarların biznes strukturunu düzgün analiz edərək, onlara uğur gətirəcək məhsulları təqdim etməkdir. Kapital Bank sahibkarlara kredit məsələsində KOB İnkişaf Fondu, İpoteka və Kreditə Zəmanət Fondu ilə əməkdaşlıq çərçivəsində əlverişli kredit məhsulları təklif edir. Uyğun olmadığı halda isə digər bank məhsulları da təqdim olunur.
"Bizim üçün sahibkarla qurulan münasibətdə ən önəmli amil etimaddır. Bank sektorunda innovasiyalar və təhlükəsizlik tədbirləri bu etimadı daha da möhkəmləndirir," – deyə o əlavə edib.
Vüsal Axundzadə qeyd edib ki, banklar artıq məsələlərə sahibkarların gözü ilə baxmağa başlayıblar və bu yanaşma biznesin inkişafında vacib rol oynayır.

Biznes     Tarix: 04 iyun 2025

Oxşar xəbərlər

Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir

Avropa şirkətləri Azərbaycanda dövlət tenderlərində bərabər rəqabət imkanlarının daha da artırılmasını vacib hesab edirlər. Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb. xəbə

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub

"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-c

İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi bağlandı

Sentyabr ayında Şəki rayonunda iki nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisənin baş verdiyi "Şəki Yaylası" istirahət mərkəzinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. "Şəki Yaylası"ndakı hadisə il

"Poz-Qazan" oyunlarında sentyabrda - 22 BÖYÜK UDUŞ QAZANILIB

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137  ədəd uduşlu bilet sahiblərini sevindirib.  . xəbər verir ki

Bakıda Almaniya-Azərbaycan biznes konfransı keçiriləcək

Oktyabrın 27-də Bakıda qida emalı və qablaşdırma avadanlıqları sahəsində ixtisaslaşmış Almaniya şirkətlərinin nümayəndə heyətinin iştirakı ilə Almaniya-Azərbaycan biznes konfransı və fərdi işgüzar görüşlər keçiriləcək. xəbə

Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR

"A-Z Smart Meters" MMC (VÖEN: 1906782361) nizamnamə kapitalını artırır. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalını

AZCON Holding-in IE Universiteti ilə birgə həyata keçirdiyi "Global Senior Management" proqramı uğurla yekunlaşıb

AZCON Holding və İspaniyanın nüfuzlu IE Universitetinin biznes məktəbi olan "IE Business School"un əməkdaşlığı çərçivəsində Holdinq və şirkətlərin strateji rəhbər heyəti üçün təşkil olunmuş "Global Senior Management"

Bakıda məşhur restoran fəaliyyətini dayandırdı

Bakıda fəaliyyət göstərən məşhur "Vapiano" restoranının hər iki filialı müvəqqəti olaraq bağlanıb. Restoran sahiblərinə ƏDV güzəştləri - QAYDALAR. xəbər verir ki, bu barədə restoranın rəsmi "Instagram"

Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qazax-Tovuz regional bölməsinın əməkdaşları tərəfindən Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, "Həbibli-1" MMC-yə məxsus bazarda yoxlama keçirilib. "Qızı


iqtisadi xeberler dollar kursu bitcoin qiymeti dollarin kursu bu gun bitcoin