Xalq Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak edib
22-26 aprel tarixlərdə Azərbaycan Respublikasının Mərkəzi Bankının sədrinin rəhbərliyi ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfəri baş tutub.
Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə baş tutan, bank və maliyyə sektoru üzrə təcrübə mübadiləsi və bu sahədə əlaqələrin genişləndirilməsi məqsədilə təşkil olunan səfərdə Xalq Bankın İdarə Heyətinin Sədri, Baş İcraçı direktor Kamran Məcidov da iştirak edib.
Səfər çərçivəsində baş tutan işgüzar görüşlərdə ABŞ bankları ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi imkanları müzakirə edilmiş, ticarətin maliyyələşdirilməsi, ABŞ bank sektorunda yeni inkişaf trendləri və digər mövzularda fikir mübadilələri aparılmışdır.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar. / marja.az

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Ev şəraitində pul qazanmağın yolları
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Dropshipping nədir?