Xalq Bankda hədiyyəli "Əmanət" lotereyası davam edir

Xalq Bankda hədiyyəli ®Xalq Bankın təşkil etdiyi stimullaşdırıcı "Əmanət" lotereyası davam edir. Lotereyanın birinci tiraj mərhələsinin başa çatmasına az müddət qalıb: müştərilər 30 iyun tarixinədək Xalq Bank filiallarında əmanət yerləşdirərək bu tirajda iştirak şansı əldə edə bilərlər. İlk şanslı qaliblərin adları isə 10 iyul tarixində bəlli olacaq.
Şərtlərə əsasən, 1 aprel-30 dekabr 2026-cı il tarixlərində Xalq Bankın Bakı və Sumqayıt şəhərlərində yerləşən filiallarında minimum 500 AZN / 300 USD, digər regionlarda yerləşən filiallarda isə minimum 250 AZN / 150 USD məbləğində əmanət yerləşdirən müştərilər lotereyada iştirak etmək şansı əldə edirlər.
Lotereyada iştirak etmək üçün müştərilər Xalq Bankın "Müddətli", "Proqress", "VİP-Rantye" əmanət növləri üzrə depozit yerləşdirməlidirlər.
4 tirajdan ibarət olan lotereyada iştirakçıları 50 000 AZN də daxil olmaqla müxtəlif məbləğlərdə pul mükafatları gözləyir. Daha geniş iştirak imkanını təmin etmək məqsədilə filiallar 5 qrup üzrə bölünüb:
1-ci qrup: Bakı və Sumqayıt şəhərlərində yerləşən filiallar
2-ci qrup: Gəncə, Qazax, Şəmkir, Tovuz, Mingəçevir filialları
3-cü qrup: Zaqatala, İsmayıllı, Şamaxı, Şəki, Yevlax filialları
4-cü qrup: Xaçmaz, Şabran, Qusar, Quba, Siyəzən filialları
5-ci qrup: Neftçala, Cəlilabad, Lənkəran, Şirvan, Göyçay filialları
Lotereya çərçivəsində ümumilikdə 227 qalibə pul mükafatı təqdim ediləcək. Uduş fondu cəmi 452 500 AZN olmaqla, 2 ədəd 50 000 AZN, 45 ədəd 5 000 AZN, 75 ədəd 1 000 AZN və 105 ədəd 500 AZN məbləğində pul mükafatlarından ibarətdir.
1-ci, 2-ci və 3-cü tirajlarında hər filial qrupu üzrə ayrı qaliblər müəyyən ediləcək. 4-cü tirajda isə əsas mükafat üzrə qaliblər iki qrup üzrə müəyyən olunacaq: Bakı və Sumqayıt filialları üzrə 1 qalib 50 000 AZN, region filialları üzrə isə 1 qalib 50 000 AZN qazanacaq.
Tirajların keçirilmə tarixləri: 1-ci tiraj – 10 iyul 2026-cı il, 2-ci tiraj – 12 oktyabr 2026-cı il, 3-cü və 4-cü tirajlar – 12 yanvar 2027-ci il.
Müştərilər Xalq Bankda 3,6,12,18,24 ay müddətində sərfəli şərtlərlə əmanət yerləşdirərək AZN üzrə illik 10.5%-dək, USD üzrə 2.5%-dək gəlir əldə edə bilərlər. Müxtəlif çeşidli əmanət məhsulları arasında faiz gəlirini aylıq və ya müddətin sonu təklif edən, əmanəti artırma və ya azaltma imkanları olan məhsullar arasında seçim etmək mümkündür.
Lotereyaya qoşulmaq üçün XalqOnline mobil tətbiqinin "Lotereya" bölməsində iştirakı təsdiq etmək tələb olunur.
Şərtlər barədə ƏTRAFLI: / banker.az

Banklar     Tarix: 18 may 2026

Oxşar xəbərlər

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Bu sığorta şirkəti topladığından daha çox sığorta ödənişi həyata keçirib

"Atəşgah Həyat" Sığorta Şirkəti 2026-cı ilin yanvar–sentyabr aylarında topladığı sığorta haqlarından daha çox sığorta ödənişi həyata keçirib. -ın hesablamalarına görə, şirkətin sığorta ödənişləri 2025-ci ilin


iqtisadi xeberler rubl mezenne bitcoin dollar mezenne biznes qurmaq