"Xalq Sığorta" maliyyə vəziyyətini açıqlayıb

"Xalq Sığorta" ASC sığorta ehtiyatına 13 milyon 219 min manat ayırdığı üçün 2022-ci ili 12 milyon 226 min manat xalis zərər ilə başa vurub. Şirkət 2021-ci ili 5 milyon 29 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja xəbər verir ki, 2022-ci ildə "Xalq Sığorta" şirkətinin cəmi əməliyyat gəlirləri 31 milyon 772 min manat, cəmi əməliyyat xərcləri 43 milyon 998 min manat, əməliyyat zərəri 12 milyon 225  min manat təşkil  edib. 2021-ci ildə Şirkətin cəmi əməliyyat gəlirləri 37 milyon 437 min manat, cəmi əməliyyat xərcləri 32 milyon 977 min manat, əməliyyat mənfəəti 4 milyon 460 min manat təşkil etmişdi.
"Xalq Sığorta"nın hesabladığı sığorta haqları 2021-ci ildə 35 milyon 633 min manat ikən, 2022-ci ildə 42 milyon 260 min manata yüksəlib (18,6% və ya 6 milyon 627 min manat artıb). Şirkətin sığorta ödənişləri isə 21 milyon 821  min manatdan 26 milyon 242 min manata qalxıb (20,3% və ya 4 milyon 421 min manat artıb). 
Ötən il "Xalq Sığorta"nın investisiya gəlirləri 1 milyon 945 min manat təşkil edib (2021-ci ildə 2 milyon 280 min manat).
2005-ci ildən başlayaraq "Xalq Sığorta" ASC universal sığorta şirkəti kimi fəaliyyət göstərir. Şirkətin nizamnamə kapitalı 58 milyon 750 min 500 manat təşkil edir.
/ marja.az

Banklar     Tarix: 31 mart 2023

Oxşar xəbərlər

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

"Yelo Bank" rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin üzvləri və sədrinin vəzifəyə yenidən təyin edilməsi məsələsinə baxılacaq. xəbər verir ki, bu barədə Bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağının çağırılmasına dair bildirişind

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam


iqtisadi xeberler internetden pul qazanmaq biznes krediti valyuta xeberleri bank faizleri