Xaricə köçən milyonçuların sayına görə çinlilər liderlik edir
Ötən il 13 min 800 çinli zəngin insan ölkəsini tərk edərək xaricə köçüb. Çinlilər xaricə köçən milyonçuların sayına görə liderdir.
Çindən Azərbaycana gələnlərin sayı 3 dəfəyə yaxın artıb
FED.az xəbər verir ki, bu barədə "Henley & Partners" məsləhət şirkətinin var-dövlət miqrasiyasına dair hesabatında qeyd olunub. Xaricə köçən milyonçu çinlilərin əsas təyinat nöqtəsi ABŞ, Kanada və Sinqapurdur.
"Henley & Partners"in tədqiqatçısı Hanna Vayt bildirib ki, həm Çinin, həm də Hindistanın böyük iqtisadiyyatları ölkədə yeni milyonçuların yaranmasına səbəb olur. Nəticədə onların müəyyən hissəsi xaricə köçməyə üstünlük verir. Son illərdə Çində sərvət artımının yavaşladığını əlavə edən tədqiqatçı, bununla belə, çinli milyonçuların 2024-cü ildə də xaricə köçən zənginlərin sayına görə lider olmasının gözlənildiyini deyib. Şirkətin proqnozlarına görə 2024-cu ildə dünya üzrə 128 min milyonu xaricə köçəcək ki, onun da 15 mindən çoxunu çinlilər təşkil edəcək. Sonrakı yerləri Böyük Britaniya, Hindistan, Cənubi Koreya və Rusiya milyonçuları tutacaq.
Qeyd edək ki, ötən il ümumilikdə 123 min zəngin insan xaricə köçüb. (Azərtac)

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
İlon Mask kimdir?
Az pulla hansı işi qurmaq olar?
Dünyanın ən varlı 10 adamı
Dünyanın ən varlı 10 müğənnisi
1000 manatla hansı biznesi qurmaq olar?